Gündəlik məzənnə

24 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət çətinləşib - FOTO


Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət çətinləşib - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət çətinləşib - FOTO

Nəticədə yolun hərəkət zolağının 55 metr hissəsi yararsız hala düşüb. Bu da magistralda avtomobillərin​ və piyadaların hərəkətini çətinləşdirib. Torpaq sürüşməsi zamanı​ ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb.

Xəbəroxu.Az apa-ya istinadən xəbər verir ki, dağılmış istinad divarları və iri torpaq ​ layları ərazidən keçən qaz xəttinin üzərinə tökülüb. Sakinlərin sözlərinə görə, kəmərlərdə qaz sızması​ yaransa da, sonradan aradan qaldırılıb.

Yolun hərəkət zolağının qısalması bəzi hallarda qəza riski yaradır.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı müvafi​q dövlət qurumları məlumatlandırılıb. Yaxın günlərdə sözügedən ərazidə​ təmir-bərpa işlərinə başlanacaq.

Torpaq sürüşməsinə son günlər rayon ərazisində davam edən intensiv yağıntıların səbəb olduğu bildirilir.


Son Xəbərlər