Gündəlik məzənnə

25 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Azərbaycan və Türkiyə arasında döyüş hazırlığı təlimlərinin artırılması nəzərdə tutulub"- Silahlı Qüvvələrin Baş Qərargah rəisi


  • 0
"Azərbaycan və Türkiyə arasında döyüş hazırlığı təlimlərinin artırılması nəzərdə tutulub"- Silahlı Qüvvələrin Baş Qərargah rəisi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Azərbaycan və Türkiyə arasında döyüş hazırlığı təlimlərinin artırılması nəzərdə tutulub"- Silahlı Qüvvələrin Baş Qərargah rəisi

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır.

Xeberoxu.Az-ın məlumatına görə, bunu Türkiyənin Zəfər Bayramı ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən mərasimdə Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.

"Bu gün qardaş Türkiyənin Zəfər Bayramını təntənəli şəkildə qeyd edirik. Bu gün Azərbaycan və Türkiyə əlaqələri ən yüksək səviyyədədir. Əlaqələrin bu səviyyəyə çatmasında dövlət başçılarının müstəsna xidmətləri var. Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və rifahın yüksəlməsinə xidmət edir. İki ölkə arasında döyüş hazırlığı təlimlərinin artırılması nəzərdə tutulub. Yəni iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da davam edəcək. Türkiyənin Zəfər Bayramını təbrik edir, şəhidlərin xatirəsini dərin ehtiramla anıram", - deyə K.Vəliyev əlavə edib.

Son Xəbərlər