Gündəlik məzənnə

26 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Zakir Həsənov Türkiyə Ordusunun Baş Qərargah rəisi ilə görüşüb


  • 0
Zakir Həsənov Türkiyə Ordusunun Baş Qərargah rəisi ilə görüşüb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Zakir Həsənov Türkiyə Ordusunun Baş Qərargah rəisi ilə görüşüb

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xeberoxu.Az-ın məlumatına görə, görüşdə Zakir Həsənov Metin Gürakı Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. 

O, həmçinin “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində türk ordusunun əsgərinin həlak olması ilə bağlı Türkiyə tərəfinə başsağlığı verib.

Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində aparılan uğurlu işlərdən danışıb, göstərilən dəstəyə görə qardaş ölkəyə minnətdarlığını bildirib.  Şuşa bəyannaməsinə uyğun olaraq Azərbaycan-Türkiyə əlaqələrinin müttəfiqlik münasibətləri üzərində qurulduğu vurğulanıb, ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl tədbirlərdən danışılıb.

Metin Giurak Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. 

O qeyd edib ki, qarşılıqlı hərbi əməkdaşlıq birliyi daha da möhkəmləndirir və gələcəkdə yeni imkanlar açır.
IMG_20230828_201215_807.jpg 91.62 KB


Son Xəbərlər