Gündəlik məzənnə

25 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Zakir Həsənov Türkiyənin Quru Qoşunları məktəbinin buraxılış mərasimində iştirak edib


  • 0
Zakir Həsənov Türkiyənin Quru Qoşunları məktəbinin buraxılış mərasimində iştirak edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Zakir Həsənov Türkiyənin Quru Qoşunları məktəbinin buraxılış mərasimində iştirak edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xeberoxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov növbəti buraxılış mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Quru Qoşunları Ali Hərbi Məktəbinə gəlib.

Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun və digər rəsmilərin də iştirak etdiyi tədbirdən əvvəl məktəbin “Şəhidlər qapısı”nda azərbaycanlı və türkiyəli şəhid məzunlarının adları əks olunan lövhələrin qarşısında xatirə fotosu çəkdirilib.

Təntənəli mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.

Son Xəbərlər