Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycan taekvondoçuları Yekaterinburqda komanda yarışında medal qazanıblar


  • 0
Azərbaycan taekvondoçuları Yekaterinburqda komanda yarışında medal qazanıblar
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycan taekvondoçuları Yekaterinburqda komanda yarışında medal qazanıblar

Azərbaycan taekvondoçuları Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında çıxışını başa vurublar.

Xeberoxu.Az xəbər verir ki, turnirin sonuncu günündə yığma hesabına daha bir medal əlavə edib.

Komanda yarışında Sankt-Peterburq Lesqafta Universitetinə (Rusiya) 80:45 hesabı ilə qalib gələn milli yarımfinalda Ural Dövlət Bədən Tərbiyəsi Universitetinə (Rusiya) 38:54 hesabı ilə məğlub olaraq bürünc medala yiyələnib.

Beləliklə, baş məşqçi Məmməd Abdullayev və məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi yığma festivalı 6 medalla başa vurub. Daha əvvəl fərdi mübarizədə Səyyad Dadaşov (54 kq) çempion tituluna yiyələnib. Vaqif Hacıyevlə (68 kq) Eltac Qafarov (80 kq) gümüş, Pərviz İskəndərov (63 kq) və Adil Eyvazov (58 kq) isə bürünc medala sahib olublar.

Son Xəbərlər