Gündəlik məzənnə

21 Fevral 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Çempionlar liqası oyunları yekunlaşıb


  • 0
Çempionlar liqası oyunları yekunlaşıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Çempionlar liqası oyunları yekunlaşıb

Çempionlar liqası 5-ci həftə oyunları dünən axşam yekunlaşıb.

Xeberoxu.Az xəbər verir ki, bu oyunlardan biri dünən axşam İstanbulda Rams Park stadionunda  "Qalatasaray"  "Mançester Yunayted" komandalar arasında keçirilib. Oyuna "Qırmızı şeytanlar " daha yaxşı başlayıb və hesabı erkən açmağa nail olub. Hücumları daha da artıran qonaq komanda hesabı 2 topa çatdırıb. Bu qoldan sonra qardaş ölkə təmsilçisi oyuna ortaqlığını artırıb və fərqi 1 topa endirməyi bacarıb. İlk hissə bu hesabla yekunlaşıb. İkinci hissənin əvvəllərində Mançester təmsilçisi fərqi təkrar 2 topa artırıb. Bu fərqə baxmayaraq "Cimbom" ardıcıl 2 qol vuraraq hesabı bərabərləşdirib və  matç 3-3 bərabərliklə başa çatıb. Oyunun ən yaddaqalan oyunçusu mərakeşli ulduz futbolçu Hakim Ziyeç olub. O bu matç 2 qol 1 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki iki qolun hər ikisi standart vəziyyətdən qeydə alınıb. 

Son həftədə  "Mançester Yunayted" almaniyanın "Bavariya" , "Qalatasaray" isə danimarkanın "Kopenhagen" futbol komandası ilə qarşılaşacaq.

Müəllif:Röyal Əmrahov

Niyaz Hacıyev 

Son Xəbərlər