Gündəlik məzənnə

29 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Qarabağ"-ın fəxri prezidenti komanda rəhbərliyi ilə görüşüb


  • 0
"Qarabağ"-ın fəxri prezidenti komanda rəhbərliyi ilə görüşüb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Qarabağ"-ın fəxri prezidenti komanda rəhbərliyi ilə görüşüb

“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, “Qarabağ” Futbol Klubunun fəxri prezidenti Abdolbari Gozal komanda rəhbərliyi ilə görüşüb.

Xeberoxu.Az
xəbər verir ki, görüşdə klubun vitse-prezidenti Fevzihan Aras, direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev iştirak edib.

Fəxri prezident “Qarabağ”ın ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə düşməsini böyük uğur kimi qiymətləndirib. Norveçin “Molde” klubunu 1:0 hesabı ilə məğlub etməklə qrup mərhələsinin 1-ci turunda qələbə qazanan ilk Azərbaycan klubu olmasına toxunan Abdolbari Gozal “Qarabağ”ı bu uğurlar münasibətilə təbrik edib.

O, Asif Əsgərovu Avropa Klublar Birliyinin (European Club Association) 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib, beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olan funksionerə uğurlar arzulayıb. Fəxri prezident klubun artıq təkcə futbolçu deyil, idarəçilər də yetişdirməsini fəxrlə vurğulayıb. Abdolbari Gozal görüşün sonunda İdarə Heyətinin üzvlərinə tapşırıq və tövsiyələrini verib, komandaya beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb.

Son Xəbərlər