Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Üç güləşçimiz yarımfinala yüksəldi


  • 0
Üç güləşçimiz yarımfinala yüksəldi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Üç güləşçimiz yarımfinala yüksəldi

Azərbaycanın üç yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

 Xəbəroxu.Az xəbər verir ki, bu gün mabarizəyə qoşulan idmançılardan 72 kq çəki dərəcəsində çıxış edən Ülvü Qənizadə, 82 kq-dakı Rafiq Hüseynov və 67 kq-dakı Həsrət Cəfərov bu raundadək irəliləyə bilib.
Hüseynov finala gedən yolda Burhan Akbudakla (Türkiyə), Qənizadə onun həmyerlisi Selcuk Canla, Cəfərov isə Murat Fıratla üz-üzə gələcək.

60 kq-dakı Nihat Məmmədli 1/8 finalda Edmond Nazaryana (Bolqarıstan), 97 kq-dakı Arif Niftullayev eyni raundda Artur Omarova (Çexiya) uduzub.

Bu gün, həmçinin, dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini sınayacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla, 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb. Yarış aprelin 23-də başa çatacaq.

Son Xəbərlər