Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ukrayna klubu avrokuboklarda antirekorda imza atıb


  • 0
Ukrayna klubu avrokuboklarda antirekorda imza atıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ukrayna klubu avrokuboklarda antirekorda imza atıb

Ukrayna klubu “Dnepr-1” avrokuboklarda antirekorda imza atıb.

Xeberoxu.Az  xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi bir mövsüm ərzində qələbə qazanmadan hər üç klub turnirində çıxış edən ilk komanda olub.

“Dnepr-1” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Panatinaikos”a (Yunanıstan – 1:3, 2:2), Avropa Liqasının III raundunda “Slaviya”ya (Çexiya – 0:3, 1:1), Konfrans Liqasında isə Trnava “Spartak”ına (Slovakiya – 1:1, 1:2) məğlub olaraq, avrokuboklarla vidalaşıb.

Buna qədər 6 komanda eyni mövsümdə hər üç turnirin təsnifat mərhələsində çıxış edib. Bunlar “Düdelanj” (Lüksemburq), “Maribor” (Sloveniya), “Şkupi” (Şimali Makedoniya), “Linfild” (Şimali İrlandiya), “Jalgiris” (Litva) və Azərbaycan təmsilçisi “Neftçi”dir. Ancaq adı çəkilən klublar bir mərhələ keçməyi bacarıblar.

Qeyd edək ki, “Neftçi” 2021/2022 mövsümündə Çempionlar Liqasının I raundunda Tbilisi “Dinamo”sunu (Gürcüstan – 2:1, 2:1) üstələsə də, sonda avrokubokların qrupuna düşə bilməyib.

Son Xəbərlər