Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Daş dövrünə aid qayaüstü təsvirlər TAPILDI


Daş dövrünə aid qayaüstü təsvirlər TAPILDI
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Daş dövrünə aid qayaüstü təsvirlər TAPILDI

Arxeoloqlar qrupu Namibiyanın qərbindəki Doro Navas dağlarında insan və heyvan izlərinin çoxsaylı təsvirlərini özündə əks etdirən Son Daş dövrünə aid qaya qalereyası aşkar ediblər.

 Xeberoxu.Az xarici mediaya istinadla bildirir ki, tədqiqat PLOS One elmi jurnalında dərc olunub.

Bu kəşf Almaniyanın Erlangen-Nürnberq Fridrix-Aleksandr Universitetinin alimləri tərəfindən edilib. Mütəxəssislər təhlil etdikləri 513 təsvirin sahiblərinin 90%-dən çoxunun cinsini və yaşını müəyyən edə biliblər.

Alman arxeoloqları rəsmləri təhlil etmək üçün yerli Kalahari izləyicilərinin köməyinə müraciət ediblər. Arxeoloqlar həmçinin aşkar ediblər ki, Daş dövrü rəssamları ən çox yetkin kişilərin izlərini təsvir etməyi xoşlayıblar.

Yeni tapıntılar ehtimal ki, qədim insanların mədəni üstünlüklərindən yaranan nümunələri ortaya qoyub. Lakin bu nümunələrin mənası hələ də məlum deyil. Tədqiqatçılar ümid edirlər ki, Namibiyanın yerli xalqları ilə gələcək məsləhətləşmələr bizim eradan əvvəlki sənət əsərinin mənasını daha yaxşı başa düşməyə kömək edəcək.

Son Xəbərlər