Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Lənkəranda dünyaca məşhur Qarabağ atları saxlanılır


Lənkəranda dünyaca məşhur Qarabağ atları saxlanılır
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Lənkəranda dünyaca məşhur Qarabağ atları saxlanılır

Lənkəranın Nərimanabad qəsəbəsində yaşayan Elşad Mehdiyev 8 baş Qarabağ atı saxlayır.

Xeberoxu.Az
 ARB Cenub-a istinadən verir ki, Elşad Mehdiyev atlar haqqında məlumat verib.

Elşad Mehdiyev bildirib ki, atları Lənkərana gətirməkdə məqsədi Lənkəran rayonunun Qarabağ atlarının məskəni olması olub. O, bu cins növünü təkmilləşdirmək və işğaldan azad olunmuş Qarabağ torpaqlarında daha da çox olmasına köməklik göstərmək istədiyini bidirib.

Bütün bunların nəticəsində Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının tarixi, şöhrəti özünə qaytarılacaq və atlarımız yenidən Beynəlxalq yarış və sərgilərdə uğurla təmsil olunaraq, xalqımızın qürur mənbəyinə çevriləcək.

Qeyd edək ki, Azərbaycanın milli at cinsi olan Qarabağ atlarının tarixi çox qədimdir. Qarabağ atlarının yaxşı cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanmasında 18-19-cu əsrlərdə fəaliyyət göstərmiş Qarabağın xan zavodlarının əvəzsiz rolu qeyd olunub. O zaman təkcə Şuşa qəzasında Pənah xana, İbrahim xana, Mehdiqulu xana və Xanqızı Natəvana məxsus ümumilikdə 100-dən çox atçılıq zavodları olub. Hazırda bu atlar Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Həmçinin müxtəlif məşhur at cinslərinin formalaşmasında Qarabağ atlarından çox istifadə olunub. Belə ki, 1839-cu ildə Don Atçılıq Zavoduna gətirilmiş 919 atın əksər hissəsi Qarabağ cinsindən idi.

Son Xəbərlər