Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Nazirlər hansı ixtisasları bitiriblər?: ARAŞDIRMA


Nazirlər hansı ixtisasları bitiriblər?: ARAŞDIRMA
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Nazirlər hansı ixtisasları bitiriblər?: ARAŞDIRMA

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, uğurlu inkişaf siyasəti bütün sahələrdə özünü büruzə verir. İslahatlarda əsas məqsəd ölkəmizin dünya birliyinə daha yaxından inteqrasiyası, idarəetmədə əsaslı dəyişikliyin, yeniliyin və çevikliyin yaradılması, əhalinin rifahının daha da yüksəldilməsidir. Bütün bunların həyata keçirilməsi üçün kadr siyasəti də önəmli rol oynayır. Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar zamanı kadr seçimində, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınır. Son illər bu istiqamətdə həyata keçirilən struktur islahatları ölkəmizin inkişafında, eləcə də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə mühüm rol oynayıb. 

Struktur islahatları çərçivəsində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi rəğbətlə qarşılanır. Bu uğurlu islahat, eyni zamanda, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizədə də öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin kadr islahatlarını, idarəetmədə modern strukturun yaradılmasını, bu sahənin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayıb. Aparılan struktur və kadr islahatları həm də iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə yol açır. Dövlətimizin başçısı vəzifəyə yeni təyin etdiyi kadrların qarşısında ciddi məsələlər qoyur. Əsas tələblərdən biri də xalqın xidmətçisi olmaq, vətəndaşlarla təmas platformasını genişləndirməkdir. Ölkə rəhbərinin kadr siyasəti məhz həmin prinsiplər əsasında qurulur. Dövlətimizin başçısı rayonlara yeni təyin etdiyi kadrlar qarşısında prioritet vəzifə qoyur, rüşvətxorluğa və korrupsiyaya meyil edən məmurların ən sərt şəkildə cəzalandırılacağını bəyan edir. Son illər bir sıra icra hakimiyyətlərində, nazirlik və komitələrdə aparılan əsaslı yoxlamalar da bunu təsdiqləyir.

Xeberoxu.Az 
dövlət qurumlarının rəhbər vəzifələrində çalışan məmurlarla bağlı geniş araşdırma apararaq, onların hansı ixtisaslara sahib olduğlarını müəyyənləşdirib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov

55 yaşlı nazir 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev

2018-ci ildən nazir postunu tutan M.Babayev 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. O, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib.

Energetika naziri Pərviz Şahbazov

1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.

Ədliyyə naziri Fikrət Məmmədov  
 
23 illik nazir stajına sahib olan F.Məmmədov 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev

Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

Fövqəlada Hallar naziri Kəmaləddin Heydərov

2006-cı ildən nazir olan Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Gənclər və idman naziri Fərid Qayıbov

Gənc kadr olan Fərid Qayıbov 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.
O, həmçinin 2014-cü ildə P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

Xarici İşlər naziri Ceyhun Bayramov

Diplomat Ceyhun Bayramov 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov

1997-ci ildə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov

40 yaşlı gənc nazir 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr təhsili alıb.

Maliyyə naziri Samir Şərifov

2006-cı ildən ölkə xəzinəsinin "başında duran" Şərifov 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.

Mədəniyyət naziri Adil Kərimli 

1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilmiş və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb. İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov

1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey bitirib. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib


Müdafiə Sənayesi naziri Mədət Quliyev

Milli Qəhrəman Mədət Quliyev 1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil aldıqdan sonra, 1980–1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.
1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını "Hüquqşunas" ixtisası üzrə bitirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev


1994–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi almış, 2000–2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra R. Nəbiyev Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə "Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı"nı bitirib.

Səhiyyə naziri Teymur Musayev

1977–1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981–1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb. 2003–2004-cü illərdə Fransanın "Universite Strasburg 1" Universitetində "laparoskopik cərrahiyyə" ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013–2015-ci illərdə "Riga İnternational School of Business and Economics" və "Riga Stadins University" birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında "Master fo Health Management (business executive)" magistr dərəcəsini alıb.

Elm və təhsil naziri Emin Əmrullayev

1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.

Xeberoxu.Az

Son Xəbərlər