Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qaçırılan fürsətlər qarşısında motivasiyamızı necə qoruyaq?


Qaçırılan fürsətlər qarşısında motivasiyamızı necə qoruyaq?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qaçırılan fürsətlər qarşısında motivasiyamızı necə qoruyaq?

Gün boyunca hər birimiz müxtəlif hadisələr ilə qarşı-qarşıya qalırıq. Kefimizi yaxşı edənlər qədər pozanları da var, bu danılmazdır. Xüsusilə başarı əldə etmək üçün çalışan insanların uğur yollarında onlara mane olacaq bəzi hadisələr baş verməkdədir. Bu məqalədə ümumi olaraq deyil, sadəcə bir məqam qarşısında olarkən necə davranmalı olduğumuzu izah edəcəyəm. 

Əvvəla onu qeyd edim ki, həyatımızda fürsətləri özümüz yaradırıq. Bu mövzuya fərqli tərz yanaşaraq dərindən anlayaq. Bizim “şansımızın gətirməsi, fürsətin ayağımıza gəlməsi” kimi qəbul etdiyimiz anlayışlar səhvdir. Həyat hadisələrinin hər birini biz yaradırıq. Var olan maddəsəl dünyanın altında enerji sahələrinin olduğunu da nəzərə alarsaq, mövzu daha da aydınlığa qovuşur. Enerji sahələri bir-birindən sahib olduqları tezlik (frekans) fərqinə görə seçilməkdədirlər. Zehnimiz isə tezlik tənzimləyicisidir. Düşüncəmizdə var etdiyimiz baxış tərzinə əsasən ətraf həyatımızda həmin tərzdə tezlik yaratmış oluruq. Beləliklə tezliyin var olması ilə də həmin fürsət dediyimiz hadisə var olmaqdadır. Unutmayaq ki, Yaradıcının nurundan yaranmışıq və həyatımızı idarə etməyə tam qadir varlıqlarıq. 

Elə hallar olur ki, çox istədiyimiz bir fürsət yaranmış və ayağımıza gəlmiş olur. Amma, biz ondan istifadə edə bilmirik. Səbəbi müxtəlif ola bilər, lakin nə olursa-olsun əlimizdən buraxırıq. Doğrudur həmin fürsəti istifadə etmək istəyirik, amma alınmır. Belə olan məqamlarda biz sahib olduğumuz motivasiyamızı endirməməliyik. Danılmazdır ki, həmin andaca kefimiz, əsəblərimiz pozulur. Fəqət, bu əsəbi halımızın o andaca olmasına çalışmalıyıq. Psixologiya elminə əsasən hər birimizin “arxa və ön düşüncə fonu”muz adlı  iki düşüncə fonumuz olmaqdadır. Fürsəti istifadə edə bilmədiyimiz məqamlarda düşüncəmizin arxa fonuna kefsiz halımızı salmalıyıq. Lakin, bu məqamda düşüncəmizin ön fonuna isə həyatımızı idarə edə bilməyimizin aşkar sübutunu daxil etməliyik. Necəmi? 

Az öncə qeyd etdik ki, həyatımızda bizə lazım olan fürsətləri özümüz, düşüncəmiz sayəsində yaradırıq. Fürsəti istifadə edə bilmədiyimiz məqamda da bizə gərəkli olan fürsəti yarada bildiyimizi anlamalıyıq. Həmin hadisəni zehin gücümüzün aşkar sübutu olaraq qəbul etməliyik. Bu əksinə bizə əlavə motivasiya verəcək və şüuraltımızda artıq həyatımıza hakim olmağımız barədə aşkar sübut olaraq yer alacaqdır. Demək istədiyim onsuzda həmin anda olan fürsətdən istifadə edə bilmiriksə, bizdə şüuraltımızı kodlayaq və irəlidə özümüzə daha böyük fürsətlər yaradaq. Məncə əla təklifdi, elə deyilmi? Belə hadisələr qarşısında həyatda fürsət yaradıcısı olduğumuzu özümüzə isbat edək. Həmin hadisə qarşısında daxilimizdə öz-özümüzə belə düşünməliyik:

- Bax, mən mənə lazım olan fürsəti düşünərək yarada, ayağıma gətirə bilirəm. Hərçənd istifadə edə bilmədim, amma olsun onsuz da yaradıcı mənəm və bunu başarıram. İrəlidə daha əla versiyasını da yaradacağam.

Belə edərək özümüzü həyata hazırlayacaq və enerji gücümüzü daha da artırmış olacayıq. Motivasiyadan düşməyəcək, əksinə həvəsimizi daha da artıracayıq. Unutmayaq ki, yaxşı ya pis olan bütün hadisələr bizim daha da kamilləşməyimizdən ötrü olmaqdadır. Olanlar qarşısında üsyan edərək həmin kamillik fürsətini qaçırmaq da, dediyim tərz davranaraq olandan məharətlə istifadə etmək də bizdən asılıdır. Yadda saxlayaq ki, ən gözəl məllim özümüz və ən gözəl dərslər isə həyatdadır. 

 

Məhəmməd Kərimov.

Son Xəbərlər