Gündəlik məzənnə

8 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qadın qorxulu yuxu sayəsində ərinin xəyanətini AŞKARLADI


Qadın qorxulu yuxu sayəsində ərinin xəyanətini AŞKARLADI
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qadın qorxulu yuxu sayəsində ərinin xəyanətini AŞKARLADI

Sunisa adlı Tailand sakini dəhşətli yuxu sayəsində ərinin xəyanətindən xəbər tutub. 

 Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, qadın yuxudan bir neçə gün sonra işə gedəndə qəflətən yadına kabus düşüb və çox narahat olmağa başlayıb.

Gün ərzində əri ilə bir neçə dəfə əlaqə saxlaya bilməyən qadın həmkarı ilə əlaqə saxlayıb. Həmkarı bildirib ki, Sunisənin əri bu gün heç işə gəlməyib. Axşam saatlarında Sunisə ərinin izinə düşmək qərarına gəlib və onun avtomobilini otelin yaxınlığında park edilmiş vəziyyətdə tapıb. Pərişan halda əri otel otağının qapısını açana qədər ona zəng edib. Kişi bir xanımla otel otağında idi.

Məşuqəsinin dediyinə görə, avtomobilində “arvadın yeri” yazılan stiker olmasına baxmayaraq, kişinin evli olduğundan xəbəri olmayıb.

Sunisə bildirib ki, əri ilə 4 ildir evlidirlər və bu, onun ilk xəyanəti deyil. Bundan əvvəl o, ərinin telefonunda başqa bir qadınla yazışma taparaq onu bağışlayıb. Ancaq bu dəfə onu bağışlaya bilməyib və hətta pul təzminatı alacağına ümid edərək onu məhkəməyə verib. Buna cavab olaraq ər də Sunisə qarşı iddia qaldırıb.

Son Xəbərlər