Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Üç qrup qadın...


Üç qrup qadın...
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Üç qrup qadın...

Qadınların həyatımızdakı rolu əvəzedilməzdir. Bu dünyanı onlarsız təsəvvür etmək yəqin ki, heç Allaha da xoş getməz. Qadınlar bəzən çox xoşbəxt, bəzən çox kədərli, bəzən isə həddindən artıq bədbəxt görünürlər. Kişilərdən fərqli olaraq qadınlarda rəqabət, qısqanclıq, paxıllıq, kin hisslər daha alovludur.
Bu baxımdan cəmiyyətdə duruşuna görə qadınlar arasında şərti olaraq 3 bölgü aparmaq olar.
Xeberoxu.Az həmin  bölgünü təqim edir;

1.Xoşbəxt qadınlar

2.Xoşbəxt görünən qadınlar

3.Bədbəxt qadınlar.

Xoşbəxt qadınlar-Bu bölgüyə daxil olan qadınlar iş, ailə, sevgi sahəsində digərlərindən bir addım öndə olsalar da çox vaxt sahib olduqlarının dəyərini bilmirlər, daima narazılıq edib yeni seçimlər, axtarışlar edirlər. Cəmiyyət belə qadınları xoşbəxt adlandırır. Ancaq bu qadınlar özləri ilə baş-başa qaldıqlarında heç də xoşbəxt olduqlarını düşünmürlər, cəmiyyətin onları xoşbəxt görməsi isə onlar üçün xoşbəxtlikdir.

Xoşbəxt görünən qadınlar -Bu bölgüyə daxil olan qadınlar içindəki eqo (mən) ilə mübarizə  aparan, ailədə, işdə uğur əldə etməsələr də makiyaj, gözəl geyim, saxta gülüşlə gözəl görünməyə çalışırlar. Ailəyə vermədikləri enerjilərini cəmiyyətdə əks etdirirlər. Bu qadınlar daim gözəl və gülərüz görünürlər. Belə qadınları bədbəxt qadınlardan fərqləndirən xüsusiyyət isə bunların xoşbəxt olmaq üçün xoşbəxt görünmələrinin kifayət etməsidir.

Bədbəxt qadınlar - Bu bölgüyə daxil olan qadınlar gənclik illərində sevgiyə, təhsilə o qədər də önəm verməyib zaman keçdikcə isə bunun peşmanlığını çəkən, daha çox keçmişini düşünən qadınlardır. Xaraktercə aqressiv, əsəbi olmaqları ilə yanaşı qara rəngli geyimlərə daha çox üstünlük verirlər. Bu qadınlar gənclik illərində atmadıqları addımlar üçün çox vaxt fikir içində olur əzab çəkirlər. Əsəbi, özünə fikir verməyən, həyatda hər şeyi itirdiyini düşünən, başqaları üçün həyatlarını fəda edənlərdir. Onların çox vaxt yalançı gülümsəməyə də gücləri çatmır, çünki əzab, fikir, sıxıntı onları sıxır və ən pisi isə özlərini bədbəxt görürlər. Günü-günə satır, həyatlarında bir işıq üçün addım atmırlar.


Son Xəbərlər