Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Uğurun sirri


Uğurun sirri
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Uğurun sirri

Uğurlu insan olmaq nə deməkdir?

Mövcud cəmiyyəti təşkil edən hər bir insan həyata ilk qədəm qoyduğu andan etibarən daimi şəkildə inkişaf etməyə çalışır. Bəziləri sözügedən inkişaf yolunu uğurlu bir şəkildə başa vurur, lakin elə insanlar da var ki, bunu bacarmır.

Heç kimə sirr deyil ki, belə insanların çoxu, yəni sonda heç bir uğur əldə etməyənlər bir daha hər hansısa iş üçün çalışmır və bununla özünün inkişaf mərhələsində müəyyən gecikmə yaradır.

Hesab edirəm ki, uğurlu insan olmaq üçün insan ilk növbədə bir çox səmərəli işlər görməlidir.  Bu qaydaya əməl edən insan haqqında biz müsbət sözlər deyə bilərik.

Lakin əsas vəzifələrimizdən biri də odur ki, qazandığımız yüksək zəfərlər bizi heç vaxt gələcək zaman üçün arxayınlaşdırmasın, çünki istənilən sahədə daimi olaraq yeniliklər müşahidə olunur və  dövrümüzün tələblərinə hər zaman
cavab vermək üçün yaxşı olar ki, inkişafdan geri qalmayaq.

Təbii ki, dövrümüzdə bir insanın uğurlu həyat yaşamasında təhsilin də rolu böyükdür. Hər kəs ona tədris ediləni ən yüksək səviyyədə qavramağı bacarmalı və daim yeni kəşflər etməlidir.

Məncə, dünyada uğurlu insanların siyahısı tutulsa, bu siyahıya dünya elminə böyük sərmayə bəxş etmiş görkəmli alim Nyuton başçılıq edər. Çünki o, yerin cazibə qüvvəsini ilk dəfə kəşf edən insandır. Belə ki, dahi şəxsiyyət bir gün alma ağacının altında oturan zaman ağacdan bir alma onun başına düşür və Nyuton almanın nə üçün göyə deyil, yerə istiqamət aldığını araşdırır. Bütün bunların nəticəsi olaraq, yerdə bir cazibə qüvvəsinin olduğu anlayışı ortaya çıxır. Görkəmli alim hər kəs tərəfindən uğurlu insan kimi tanınır və sonda hamı anlayır ki, ani baş verən müəyyən gözlənilməz hallardan düzgün şəkildə faydalanmaq lazımdır.

Hər bir halda, bütün insanlar üçün önəmli olan qarşısına qoyduğu məqsəd olmalıdır və insan daima öz xəyalları üçün çalışmalı, müəyyən zəfərlər qazanmalıdır.

Unutmayın ki, bu sizin gələcəyinizi formalaşdıran başlıca amillərdən biridir. Ən əsası isə bu sizi həyatda uğurlu insan edəcək və əmin olun ki, sizdən sonra gələcək nəsillər də onlara bəxş etdiyiniz faydalardan ən yüksək səviyyədə istifadə edəcək.

Odur ki, gəlin hamımız öz xalqımızın və dövlətimizin gələcəyini düşünərək möhkəm addımlar ataq, çünki həyatda əsl uğurlu insan öz Vətəni və milləti üçün, insanlıq naminə insanlar üçün çalışandır....


Memmədli Maarif

Son Xəbərlər