Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçiriləcək.


Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçiriləcək.
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçiriləcək.

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Qərbi Azərbaycan İcması, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçiriləcək.

Xeberoxu.az  bildirir ki, festival 15-16 oktyabr tarixlərində baş tutacaq. 

Festival çərçivəsində 15 oktyabr tarixində Azərbaycan Dillər Universitetində “Qərbi Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu” mövzusunda ictimai müzakirə keçiriləcək. 16 oktyabr tarixində Beynəlxalq Muğam Mərkəzində festivala təntənəli bağlanış mərasimi ilə yekun vurulacaq. Tədbirdə Qərbi Azərbaycana məxsus tarixi fotolar və rəsm kompozisiyaları, həmçinin bu coğrafi əraziyə məxsus müxtəlif kulinariya nümunələri sərgilənəcək. Tamaşaçılara ədəbi-bədii proqram təqdim ediləcək.


 “Qərbi Azərbaycan mədəniyyəti” festivalının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini düzgün və ətraflı şəkildə çatdırmaqdır.

Son Xəbərlər