Gündəlik məzənnə

30 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

“Eşq və Kədər Dolu Həyat” kitabının təqdimatı keçirildi


“Eşq və Kədər Dolu Həyat” kitabının təqdimatı keçirildi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

“Eşq və Kədər Dolu Həyat” kitabının təqdimatı keçirildi

“Azərbaycan Gənclərinin İnkişaf Hərəkatıx İctimai Birliyinin təşkilatçılığı və “Kitabçı” mağazalar şəbəkəsinin ev sahibliyi ilə yazıçı-psixoloq Rəna Feyzi ilə görüş və onun “Eşq və Kədər Dolu Həyat” kitabının təqdimatı keçirildi.

Xeberoxu.az bildirir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə ilk olaraq Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı İctimai Birliyinin sədri MirTeymur Mirəliyev çıxış etdi. O, gənclər arasında ədəbiyyatı təbliğ etmək və sevdirmək məqsədilə belə tədbirlərin davamlı olmasının vacibliyini vurğuladı. O bildirdi ki, “Ədəbiyyat fizika və ya kimya deyil ki, oxuya bilməyəsən. Ədəbiyyat ruhun özüdür, poeziya isə ruhun qidasıdır. Ədəbiyyatı yaşadanları sevmək, tanımaq və tanıtdırmaq, onları qorumaq bizim borcumuzdur.”

Daha sonra jurnalist Elçin Məmmədli çıxış edərək Rəna Feyzinin həyat və yaradıcılığı haqqında danışdı. O dedi ki, “Gənclərin poeziyanı, ədəbiyyatı və incəsənəti sevməsi məni fərəhləndirir. Bu, tədbirlərdə iştirak etməyə olan marağımı daha da artırır.” O həmçinin, yazıçının anasına həsr etdiyi şeiri səsləndirdi və digər şairlərin əsərlərindən parçalar oxuyaraq gənclərə ilham verdi.

Sonra Kitabçı mağazalar şəbəkəsinin təsisçi-direktoru Həsən Kərimov çıxış edərək gənclərin ədəbiyyata maraq göstərməsinin sevindirici və qürurverici olduğunu vurğuladı. O bildirdi ki, “Əlimizdən gəldiyi qədər gənc yazarlara dəstək olmaq, onları oxucularla görüşdürmək bizim üçün böyük zövqdür.”

Tədbirdə yazıçıya müxtəlif suallar ünvanlandı və maraqlı söhbətlər aparıldı. Yazıçının bir şeirini gənc qiraətçi Zəhra Abdulqədirova səsləndirdi. Mərhum şair və yazıçı Əvəz Süleymanın oğlu Rübail Süleyman isə atasının kitablarını gənclərə hədiyyə etdi.

Tədbir imza saatı ilə sona çatdı.

Son Xəbərlər