Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Göyçək Fatimə məhkəməyə verildi


Göyçək Fatimə məhkəməyə verildi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Göyçək Fatimə məhkəməyə verildi

Göyçək Fatimə adı ilə tanınan məşhur rəqqasə Fatimə Fətəliyeva məhkəməyə verilib.

 Xəbəroxu.Az xəbər verir ki, rəqqasə yol hərəkəti qaydalarını pozduğu üçün tərtib olunan cərimələri vaxtında ödəməyib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsilə protokol tərtib edilib.

Protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin maddə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Son Xəbərlər