Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Hadisə Rza Zerrabla eşq yaşadığını iddia edən aparıcılardan 50 000 istəyir


Hadisə Rza Zerrabla eşq yaşadığını iddia edən aparıcılardan 50 000 istəyir
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Hadisə Rza Zerrabla eşq yaşadığını iddia edən aparıcılardan 50 000 istəyir

Müğənni Hadisə 3 türk aparıcını və onların çalışdığı televiziya proqramının heyətini məhkəməyə verib. 

 Xəbəroxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi Bircan Bali, Seren Serengil və Arto adlı aparıcılardan və proqramdan 50 000 lirə (təxminən 4 095 AZN) mənəvi təzminat tələb edib. 

Buna səbəb həmin aparıcıların öz verilişlərində Hadisənin iş adamı Rza Zerrabla eşq yaşadığını iddia edərək ifaçıya şər-böhtan atmaqları olub. 

Hadisənin vəkili Orhan Erol Müezzinoğlunun məhkəməyə təqdim etdiyi şikayətdə bildirilir ki, sözügedən aparıcılar iki il boyunca hər gün davamlı olaraq efir vasitəsilə Hadisənin Rza Zerrabla birlikdə olduğunu vurğulayıblar.

Bununla da onlar sənətçinin ictimaiyyətdəki nüfuzuna və karyerasına böyük zərbə vurublar. Onlar hətta bəzi məxfi məlumatları da tamaşaçılara açıqlayacaqlarını bəyan edərək Hadiseni şantaj ediblər. 

Bu səbədən də aparıcılardan zərərçəkmiş qismində təqdim edilən Hadise Açıqgözə 50 000 lirə (təxminən 4 095 AZN) mənəvi təzminat verilməsi tələb edilib. 

İstanbul birinci instansiya Mülki Məhkəməsində baxılan şikayətdə Hadisənin vəkili və qarşı tərəflərin vəkilləri iştirak ediblər. Məhkəmə qarşı tərəfin şahidləri dinlənilməsi istəyini rədd edib. Bəzi çatışmazlıqları aradan qaldırmaq üçün proses təxirə salınıb. 

Son Xəbərlər