Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Hollivud ulduzu təbii görünüşü ilə GÜNDƏM OLDU


Hollivud ulduzu təbii görünüşü ilə GÜNDƏM OLDU
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Hollivud ulduzu təbii görünüşü ilə GÜNDƏM OLDU

Dünyaca məşhur Marqot Robbie təbii halı ilə gündəmə gəlib. 

 Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, qırmızı xalçada geyim seçimləri ilə heç vaxt yanılmayan Margot Robbie "Met Gala"nın ən dəbli adlarından biri olmağı bacarıb.

Kaliforniyada yaşayan aktrisa "Met Gala"da iştirak etmək üçün gəldiyi Nyu Yorkdan dünən ayrılaraq evinə qayıdıb. "Met Gala"da başdan ayağa "Chanel" imzalı geyimi ilə böyük bəyənmə qazanan Margot Robbie, qaldığı oteldən hava limanına getmək üçün maşınına mindiyi zaman tamam fərqli görkəm alıb.
Margot Robbie böyük ölçülü blazer gödəkçəsi, bol cins şalvar, ayağında çəkmə və pencəyinin içərisində geyindiyi corapla təbii görünüşündə eleqantlığın ən uğurlu nümayəndələrindən biri olduğunu bir daha sübut edib. 

"Met Gala"da bütün ulduzlar kimi peşəkarların tətbiq etdiyi uğurlu makiyajla görünən Margot Robbie, çoxlu jurnalist olduğunu bilsə də, makiyajsız siması və ən təbii halı ilə ekranlara çıxıb. 

Sırf parıldamaq üçün üzünə pudra sürdüyü görüntülənən ulduz aktrisa maşınına minərkən ətrafına toplaşan pərəstişkarlarını qıra bilməyib və onlarla şəkil çəkdirmək istəyib. Jurnalistlərin bu ürəkaçan anlarda çəkdirdiyi fotoşəkillərdə Margot Robbienin möhtəşəm təbii gözəlliyi hər kəsi valeh edib.

Son Xəbərlər