Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İcra başçısı ilə birgə tutulan idarə rəisi azadlığa buraxıldı


İcra başçısı ilə birgə tutulan idarə rəisi azadlığa buraxıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İcra başçısı ilə birgə tutulan idarə rəisi azadlığa buraxıldı

Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovla birgə məhkum edilmiş Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov azadlığa buraxılıb.

 Xəbəroxu.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Emin Sadıqov cəzasının üçdəiki hissəsini çəkməsi səbəbindən qalan məhkumluq müddəti şərti hesab olunub. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, E.Sadıqova son olaraq iki il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Onun cəzasının başlanğıcı 2021-ci ilin 21 oktyabr tarixindən hesablanıb.

Xatırladaq ki, sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun bir sıra vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla tutulublar.
Sabiq vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum ediliblər.

Sonradan Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Ceyhun Cəfərov və digərlərinin cəzası iki-üç il aralığında azaldılıb.

Son Xəbərlər