Gündəlik məzənnə

26 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Madonna ağrılarını gizlətdiyi üçün XƏSTƏXANALIQ OLUB


Madonna ağrılarını gizlətdiyi üçün XƏSTƏXANALIQ OLUB
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Madonna ağrılarını gizlətdiyi üçün XƏSTƏXANALIQ OLUB

Popun krakiçası Madonnanın xəstəxanaya yerləşdirilməzdən əvvəl səhhətində xeyli problem yaşadığını lakin bunu gözardı etdiyi üzə çıxıb. 

 Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi konsert turları zamanı sevənlərinə mükəmməl performans bəxş etmək istədiyindən səhnədə gecə-gündüz məşq edib.


Səhhəti imkan verməyən Madonnanın yavaş-yavaş ağrıları yaranmağa başlayıb. Lakin ifaçı turu təxirə düşməsin deyə bunu ətrafındakı hərkəsdən gizlədib. 

Yaxınlarından biri bu barədə "People" jurnalına müsahibəsində bildirib:

"Bu ağrıların zamanla keçəcəyini düşünərək bir müddət məhəl qoymayıb. Məşqələrə heç ara vermirdi. Çox yorğun idi və o, bu səfərə 100 faiz hazır deyildi. Həmişə ən yaxşı olmaq, pərəstişkarlarını təəccübləndirmək və əvvəllər olmayan bir şou yaratmaq üçün yorulmadan çalışmışdı".

Qeyd edək ki, 64 yaşlı Madonna bir müddət əvvəl infeksiyaya yoluxduğundan xəstəxanaya yerləşdirilmişdi. 

Son Xəbərlər