Gündəlik məzənnə

24 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Naxçıvanın tarixi-memarlıq abidələri UNESCO-ya təqdim olunacaq


Naxçıvanın tarixi-memarlıq abidələri UNESCO-ya təqdim olunacaq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Naxçıvanın tarixi-memarlıq abidələri UNESCO-ya təqdim olunacaq

Naxçıvan Muxtar Respublikasında UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınacaq tarixi-memarlıq abidələri müəyyənləşdiriləcək.

Xeberoxu.Az xəbər verir ki, bu barədə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında qeyd olunub.

Tədbirlər planına əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması, UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salına biləcək tarixi-memarlıq abidələrinin müəyyənləşdirilməsi, tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması, inventarlaşdırılmış abidələrin UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına alınması istiqamətində işlərin aparılması, ilkin Siyahıya salınmış abidələr arasından Ümumdünya İrs Siyahısına salınacaq abidələrin nominasiya faylının hazırlanıb UNESCO-ya təqdim edilməsi nəzərdə tutulur.

Son Xəbərlər