Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Nura Səidənin ailə qurduğu şəxsdən yazdı


Nura Səidənin ailə qurduğu şəxsdən yazdı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Nura Səidənin ailə qurduğu şəxsdən yazdı

"Biz niyə sevinməyi bacarmırıq? Niyə hər şeyə mız qoymağı yaxşı bacarırıq. Səidə Sultanın toyuna yığışmışdıq. Qız hər zaman "palatka" toyu arzu edib. Həmişə deyirdi ki, toyum olsa, keçmişdəki kimi olacaq. Ailə qurduğu insan da Bakı kəndindəndir".

Xeberoxu.az bildirir  ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi həmkarı Səidə Sultanın toyundan, onun ünvanına yazılan tənqidlərdən bəhs edib:

"Əvvəllər onsuz da hamı qız toyu, oğlan toyu edirdi. Sonra bu adət-ənənə deformasiyaya uğrayıb dəyişdi. Uzun sözün qısası, toya gələnlərin bəziləri ancaq qeybət üçün mövzu axtarırdı, bəziləri əylənirdi, bəziləri sevinirdi, bəziləri də saxta və qeyri-səmimi idi (bütün məclislərdə olduğu kimi). Həmin gün xəbər gəldi ki, müharibə başlayıb. Bəziləri də qınanmaqdan qorxub gəlməmişdi. Səidənin toyu günü başlayan müharibə səhəri bitdi. Söyülən, təhqir olunan yenə müğənnillər oldu.

Üzdəniraq qonşuları söymək istəyənlər yenə şou əhlini söydü. Həmin gün ölkəmizin bütün şadlıq saraylarında toy-büsat var idi. Məhərrəmlik çıxıb, camaat aylar əvvəl restoranlarda tarix götürüb, pul ödəyib və sair. Dünyada hər an bir evdə şənlik, o biri evdə yas olur. Həyatın qanunudur. Hər an kimsə ölür və doğulur. Amma nədənsə dünyada baş verən bütün fəlakətlərdə yalnız Azərbaycanın məşhurları günahkar olur. Atom bombası da partlasa, zəlzələ də olsa, günahkar yalnız yerli şou əhlidir".

Son Xəbərlər