Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

ABŞ-da orta məktəb məzunu zamanı silahlı hücum olub


  • 0
ABŞ-da orta məktəb məzunu zamanı silahlı hücum olub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

ABŞ-da orta məktəb məzunu zamanı silahlı hücum olub

ABŞ-ın Virciniya ştatının Riçmond qraflığında orta məktəbin məzunu zamanı silahlı hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Virciniya ştatının Riçmond qraflığında yerləşən Virciniya Birlik Universitetinin kampusunda Hugueonet Liseyi tələbələri üçün buraxılış mərasimi zamanı atışma baş verib.

Hadisədə 2 nəfər həyatını itirərkən, 1-i ağır olmaqla 5 nəfər yaralanıb. Həyatını itirənlərdən birinin 18, digərinin isə 36 yaşında olduğu bildirilib. Polis hücumlarla əlaqədar bir şübhəli şəxsi nəzarətə götürərkən, hadisə ilə bağlı araşdırma başladılıb.

Hücum edən şəxsin 4 tapançadan istifadə etdiyi və silahların polis tərəfindən müsadirə edildiyi bildirilib. Kampusda keçiriləcək digər liseylərin buraxılış mərasimləri də ləğv edilib.

Son Xəbərlər