Gündəlik məzənnə

8 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Astrobios nəzəriyyəsinin fərziyyəsi


  • 0
Astrobios nəzəriyyəsinin fərziyyəsi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Astrobios nəzəriyyəsinin fərziyyəsi


Bəs kosmosun qədəri üçün necə bir nəzəriyyə lazımdır? İlk dönəmlərdəki qalaktikaların varlığı nəyə işarə etməkdədir? Yaradılış və yox oluş ssenarisi necə izah olunmalı? 
Qalaktikalar arası fəzanın genişlənmə səbəbi də, atomların təkamül edərək saylarının artması və indiki kainat maddəsini yaratması da məhz bu səbəbdən olmaqdadır. İzah üçün gərəkli olan Böyük partlama nəzəriyyəsini Astrobios ilə əvəzləməkdir. Partlayış əvəzinə dağılım fikri önə çıxmalıdır. 
Qara maddə, Qara enerji və kainat təkümülünün izahı
Kosmosun izahı üçün insanlığın lap başlanğıcından etibarən müxtəlif fikirlər söylənmiş, zamanın yaşamış alimləri bir çox nəzəriyyələr yaratmışlar. Lakin, dövr-dövr bəzi alimlər özlərindən əvvəlki nəzəriyyələrdəki yanlışlara diqqət çəkmiş və yeni, fərqli tərzdə öz nəzəriyyə fikirlərini irəli sürmüşlər. İsaak Nyutonun mövcud olan və 200 ilə yaxın öz gücünü saxlayan fikrinin yanlışlığını isbat edən Albert E. kosmosa özünün nəzəriyyə düşüncəsini tətbiq edərək yeni bilgi axınının öncüsü olmuşdur. Bu günə qədər Albert E. düşüncəsi öz doğruluğunu saxlamaqda idi, ta ki kosmosa buraxılan yeni James Webb teleskopundan məlumatlar gələnədək. 
James Webb teleskopunun göndərdiyi məlumatlara əsasən Edvin Habbl tərəfindən müşahidələr nəticəsində irəli sürülən Big-Bang partlayış nəzəriyyəsinin yanlışlığı səhnə önünə çıxmışdır. Big-Bang nəzəriyyəsinə əsasən kainatın yaradılışı sonsuz sıxlığa sahib olan sıfır həcmin partlaması ilə olmuşdur. Nəzəriyyəyə əsasən kainatın ilk dönəmlərində indiki super qalaktikaların mövcudluğu mümkünsüz sayılmaqdadır. Lakin, James Webb teleskopu isə həmin ilk dönəmlərdə super qalaktikaların varlığını müşahidə etmiş və Yerə bu barədə məlumat göndərmişdir. Əldə olunmuş bu bilgilər açıq-açıq Böyük Partlama nəzəriyyəsinin yanlışlığını gözlər önünə qoymaqdadır. 
Bəs kosmosun qədəri üçün necə bir nəzəriyyə lazımdır? İlk dönəmlərdəki qalaktikaların varlığı nəyə işarə etməkdədir? Yaradılış və yox oluş ssenarisi necə izah olunmalı?
Kosmosun yaradılışını və yaradılış öncəsi yaratım təcilinin haradan gəlməsini izah etmək üçün ilk olaraq ən təməllərə enməli və analiz etməliyik. Maddənin tərkibinin atomdan, atomun təməlinin Proton, Neytron və Elektron zərrəciklərindən, Protonun (və ya Neytron) tərkibinin isə Kvark adlı daha təməl zərrəciklərə və onlar arası Qlüon rabitələrinə dayandığını və sonucda Kvarkların isə Sim adı verilən ən təmələ gəldiyini artıq bilirik. Simlər daima titrəyən enerji sahələridir. Bəs simlər ən təməldirmi? Görünüşə görə xeyr, çünki ən təməl olsaydı bütün yaradılış izah olunmuş olardı. 
Bəs ən təməl amil nədir? Bu barədə bir çox fikirlər var, lakin ən doğrusunu söyləmək üçün ən təmələ, yəni enerjinin var olduğu sahələrə enmək lazımdır. Bəli, enerji də nədənsə var olur və onun da təməl mənbəyi vardır.
Enerji titrəşən sahələrdən ibarətdir. Bu titrəşim iki sahə arasında gedən bilgi transferi nəticəsində olmaqdadır. Enerji onu yaradan sahələr arasında getməkdə olan bilgi transferinin məhsuludur. Sahələr arasında titrəşimin ola bilməsindən ötrü, gərək sahələr qüvvə cəhətdən bir-birilərinə əks xassəli olsunlar. (Sahələr dedikdə bizim kainat ölçüsündən kənarda, üst ölçü kainatından söz edilməkdədir). Düşünsək, fəzada maddə yaradılışı müsbət və mənfi qütblərin mütəşəkkil birliyi nəticəsində var olmaqdadır. Bunu ətraflı anlamaq üçün maddənin təməli olan atomu analiz edə bilərik. 
Atom mərkəzi, yəni nüvəsi müsbət yüklü, nüvə ətrafında var olan elektron buludu isə mənfi yüklü olması ilə bilinməkdədir. Atom məhz bu əks qütblülük sayəsində varlığını saxlamaqdadır. Bilinməkdə olan bilgiyə əsasən, müsbət yüklər cazibəsi səbəbindən öz ətraf fazalarındakı özlərindən enerji tezliyi cəhətdən zəif olan sahələri özlərinə cəzb etməkdədir. Cazibə qüvvəsinin izahı fərqli tərz olunmalıdır. Çünki, bu izah sistemi düzgün açıqlamır. Böyük Partlama nəzəriyyəsini  bilinən qravitasiya anlayışı bir çox cavabsız suallar qarşısında qoymaqdadır. Qəribə hal isə burasındadır ki, cavabsız suallara cavab axtara bilmək üçün heç kim qravitasiya anlayışına düzəliş etməməkdədir. Sanki, qravitasiya tanrıdır, ona toxunmaq olmaz... (cazibə qanununa tam olaraq nəzəriyyənin ikinci məqaləsində yer verəcəyəm).
Fəqət, bu halı düzəltməli və qravitasiya anlayışına düzgün izahat verərək kosmosun cavabsız suallarını izah etmək lazımdır. İndiki qravitasiya anlayışının kosmosu qoyduğu cavabsız suallardan ən önəmlisi kainat fəzasının genişlənməsidir. Əgər indiki qalaktikalar sistemi zamanında kainatda olan Qara enerji adı verilən genişlənmə qüvvəsi meqa-gücdəki cazibə sahəli qalaktikaları bir-birindən uzaqlaşdıra bilməkdədirsə, o zaman bu halı kainatın ilk anlarına tətbiq etsək, mükəmməl paradoks yaranır. Paradoks halı ondan ibarətdir ki, indiki cazibə qüvvələrini üstələyən fəzanın genişlənmə qüvvəsi kainatın ilk anlarında indiki gücünə nisbətdə milyard qat çox olması gərəkməkdədir. Belə olduğu təqdirdə bəs atom quruluşu necə var olmuşdur? Çünki, belə olduğu halda kainatın ilk anlarında Qara enerji hər şeyi dəf etməli və atom zərrələrinin bir araya gəlməsinə şərait yaratmamalı idi. Hal-hazırda buradayıqsa, bəs bu yaranma halı necə baş vermişdir? 
Kainat haqqında bildiklərimizin və istinad edərək aparılan hesabatların böyük hissəsinin yanlış olma kimi yüksək ehtimalı vardır. Kosmosda var olan bir çox amilin düzgün izahı, yaradılışın ilk anlarının strukturunun doğru izahından asılıdır. İlk anlara, yəni maddənin ən təməli olan sahələrə qayıdaq. Fəzanı tamam fərqli tərz ələ alaraq  başdan formalaşdıraq, sonra isə bilgilərin doğruluğunu, yəni reallıqla uyğun olub-olmamasını analiz edək. 
Kosmosda təkamül prosesi üçün bilgi transferinə ehtiyac vardır. Enerji də məhz bu transferin nəticəsidir. Fəza müsbət və mənfi sahələrdən təşkil olunmuş meqa-sistemdir. (Söhbət üst fəza ölçüsü olan 5-ci ölçüdən getməkdədir). Sahələrin hər birinin özünə xas olan xassələri vardır. 
Müsbət sahə özündən sahə enerjisi verməyə, mənfi sahə isə özünə sahə enerjisi qəbul etməyə meyillidir. Sahə enerjisi maddə enerjisinin ibtidai halıdır. (Maddə enerjisi artıq bizim kainat ölçüsünə xasdır). Sahələr ayrılıqda heç bir əhəmiyyətə sahib olmamaqdadırlar. Sahələr birlikdə olduqda, onlar arasında gedən bilgi transferi nəticəsində sahə enerjisi maddə enerjisinə çevrilməkdədir. Faza daxilində müsbət sahə öz sahə enerjisini mənfi sahəyə doğru ötürməkdə, mənfi sahə isə ona yönələn sahə enerjini qəbul etməkdədir. Bu aldı-verdi tarazlığı nəticəsində müsbət sahə azlığa, mənfi sahə isə çoxluğa doğru irəliləyərək xassə cəhətdən bir-biriləri ilə yerlərini dəyişməkdədirlər. Sahələri elektrik mənbəyinin müsbət və mənfi fazaları kimi düşünməliyik, çünki məhz elədir. Müsbət və mənfi sahələrin birləşərək qapanması  nəticəsində sahə enerjisinin bir sahədən digərinə axması maddə enerjisinə çevrilməyinə səbəbiyyət yaradır. Sahə enerjisini müsbət sahə yaydıqda və mənfi sahə qəbul etdikdə sahələr arasında elektrik mənbəyində olduğu kimi dalğalanma, yəni enerji axması halı baş verir. Beləcə maddə zərrəcikləri formalaşır. Sahələrin bir-birilə olan əlaqəsi onların kəsişməsi ilə mümkündür.
İlk öncə sahələri mikro-kainat ilə, yəni atomik səviyyə ilə uyğunluğunu analiz edək. Atom mərkəzi müsbət nüvədən və ətrafı isə mənfi elektron buludundan ibarətdir. Atom mərkəzinin müsbət sahənin mənfi sahə ilə kəsişmə zonası olaraq qəbul edək. Müsbət sahə mərkəzdə yerləşərək özünün sahə enerjisini ətrafında olan mənfi sahəyə ötürməkdədir. Mənfi sahə isə öz növbəsində ötürülən sahə enerjisini qəbul edir. Nüvə ətrafındakı elektron buludu da məhz mənfi sahənin müsbət sahədən gələn sahə enerjisini qəbul etməsi nəticəsində var olmaqdadır. Elektronlar maddə enerjisinin yarandığı mikro-zərrəciklərdir. Mənfi yüklü olmaqları isə mənfi sahəyə daha çox meyilli olan zonada yerləşdiklərinə görədir. Mənfi sahənin varlığı atomların bir-birilə toqquşmaması halını da rahatca izah etməkdədir. Elektronlar bilinən bilgiyə əsasən  mənfi yüklü olduqları üçün bir-birindən uzaqlaşmaqdadır. Realda hər şey vahiddir, ayrı deyildir. Elektron buludu müsbət sahənin mənfi sahəyə nüfuz edərək sahə enerjisini yayması ilə yaranmaqdadır. Mənfi sahə bilgi transferinin qəbulu prosesində baş verən sahələr təkamülü sayəsində artmaqda və nəticədə də genişlənmə meyilli olmaqdadır. (Sahələr təkamülü sonda ətraflı qeyd olunacaq). Müsbət sahənin mənfi sahə ilə kəsişmə zonalarında atom nüvələri var olmaqdadır. Sahə enerjisini yaymaq prosesi nəticəsində mənfi sahənin balansı yüksələrək getdikcə müsbətləşmək yönündə davam etməkdədir. Mənfi sahədə yerləşən elektron buludları mənfi sahənin enerji qəbulu məntəqələri kimidir.
Prosesin gedişatında mənfi sahə qəbul etdiyi sahə enerjisi ilə özünü yüksəltməkdə və tədricən müsbət sahəyə çevrilməkdədir. Müsbətləşmə bir necə atomun elektron buludlarının mərkəzi fazasında daha çox olmaqdadır. Bu hal müsbət sahənin hansı ki, sahə enerjisi azalaraq mənfiləşmək meyilli olduğu həmin zonada olmaqdadır. Yəni, mənfi sahənin hansı ki mərkəzi fazası daha çox müsbətə meyil etməkdə idi, həmin zonanın kəsişməsi ehtimalı olan müsbət sahənin eyni ünvanlı mənfiləşmə meyilli olan zonası ilə əlaqəsi yaranır. Elektrik cərəyanı kimi fazalar birləşir və əks tərəfdə yenidən maddə yaradılışı olur. Beləcə, kainat fəzasında mikro-ölçüdə yaradılış davam etməkdədir. 
İkinci olaraq, sahələr bilgisini makro-dünyaya uyğun olaraq analiz edək. Bu zaman qarşımızda milyardlarca ulduz sahibləri qalaktikalar və onlar arasındakı meqa boşluqlar dayanmaqdadır. Qalaktikların müşahidəsi zamanı onlar sahib olmalı olduqlarından daha çox kütləyə sahibmiş kimi təsir verməkdədirlər. Qalaktikalardakı əlavə kütlə təsirinə Qara maddə adı verilib. Və qalaktikaları bir-birindən uzaqlaşdıran Qara enerjimiz var. Bu sistemi doğru anlamaq üçün sahələri qalaktikalara tətbiq etmək lazımdır. Atom sistemində olduğu kimi qalaktikalar sistemi də müsbət sahənin mənfi sahə ilə kəsişməsi nəticəsində var olmaqdadır. Eyni sistem üzrədir və hətta bir-birinin gedişatıdır. Qalaktikaları meqa-atomlar olaraq düşündükdə daha aydın izah olunur. 
Qalaktikalar arası fəza mənfi sahədir və qalaktikalar isə müsbət sahənin mənfi sahəyə nüfuzu nəticəsində var olmaqdadır. Müsbət sahə mənfi sahəyə nüfuz edərək ona, mənfi sahəyə sahə enerjisi yaymaqda və mənfi sahə də həmin verilən enerjini qəbul etməkdədir. Bu gedişatda makro-dünyanın elemetləri kimi ulduz və planet sistemləri yaranmaqdadır. Kainatın qalaktikalar arası fəzasının genişlənməsinə səbəb isə mənfi sahənin mikro-ölçüdə olduğu kimi burada da bir qrup qalaktikaların ümumi mərkəzi zonasında müsbətləşməsi ilə həmin zonanın müsbət sahənin eyni (mənfiləşmiş) zonası ilə əlaqəsinin yaranmasına görə baş verməkdədir. Yaranmış əlaqə nəticəsində əks yöndə də qalaktikalar sistemi var olmaqdadır. 
Lakin, son suala, yəni qalaktikalar arası genişlənməyə tam cavab verilmədi. Buna tam cavabı verə bilmək üçün təkamülün gedişatında bilgi artımının nəyin sayəsində olmasını aşkarlamaq gərəklidir. Sahələr sistemi mikro və makro dünyaları izah etdi, lakin kainatdakı genişlənməni izah edə bilmədi. Demək ki, ən təməl  sahələr belə deyil. Əgər ən təməl olsaydı, izah edə bilmədiyi amil olmamalı idi.
Bilgi transferi zamanı bilgi artımını izah edə bilmək üçün, sahələrin özlərinin hansı təməldən yaranmasını açıqlamaq gərəklidir. Sahələr izah olunduğu kimi bir-birilə enerji transferləri edərək yaradılışı formalaşmaqdadır. Belə bir sual verək: Nə üçün müsbət sahə özündən enerji vermək yönündə, mənfi sahə isə özünə enerji cəlb etmə yönündə davam edir? Fikir verilərsə, müsbət sahə azalmaq istəməkdə, mənfi sahə isə artmaq yönündə davam etmək meylindədir. Bunun səbəbi ancaq Neytrallıq ola bilər. 
Müsbət və mənfi sahələrin hər ikisi neytrallığın dağılması sayəsində yaranmış iki əks yönlü sahələrdir. Fəza hər şeydən öncə neytrallıq hakimiyyəti altında olmaqdadır. Əvvəl yoxluq olmaq məcburiyyətindədir. Zamanın yaşamış filosoflarından biri olan Aristotel də təbiətdə boşluğun yaşaya bilməməsinə diqqət çəkərək neytrallığa işarə etmişdir. Çünki, taməmilə boşluq halı neytrallıq halıdır. Və Aristotel öz fikrini belə ifadə etmişdir: “Təbiət boşluğa dözmür”.
İlk olaraq neytrallıq var idi, amma davamsız olması səbəbindən dağılıma məruz qalaraq müsbət və mənfi sahələrə ayrıldı. Prosesin davamı az öncə izah etdiyim ki, müsbət və mənfi sahənin qarşılıqlı təsirləri ilə davam etməkdədir. Fəqət kiçik bir əlavə olmalıdır. 
Əlavə ondan ibarətdir ki, sahələrin qarşılıqlı təsirləri zamanı müsbət sahənin azalma yönündə, mənfi sahənin isə artma yönündə neytrallıq sərhəddinə gəldiklərində neytral sahə yenidən yaranmaqda və yenidən iki əks sahəyə bölünmə yönündə davam etməkdədir. Beləcə təkamül prosesi və sahələrə əlavələr edilmək sürəti ilə yaradılış davam etməkdədir. Qalaktikalar arası fəzanın genişlənmə səbəbi də, atomların təkamül edərək saylarının artması və indiki kainat maddəsini yaratması da məhz bu səbəbdən olmaqdadır. 
Neytral sahə hər zaman var olmaqda və təkamülə artımlar etməkdədir. Nəzəriyyənin adının “Astrobios” olmasının səbəbi də məhz buna görədir. Kainat eynilə hüceyrə kimi artım, çoxalma sayəsində davam etməkdədir. Bu prosesi Astrobios nəzəriyyəsi izah edərək mikro-dünya ilə makro-dünyanı birləşdirən nəzəriyyə olmaqdadır. Çünki, hər iki dünyanı eyni düşüncə tərzi izah etmiş oldu. Kainat Böyük Partlama nəzəriyyəsi ilə deyil, Astrobios nəzəriyyəsi ilə var olmaqdadır. Bu səbəbdəndir ki, James Webb teleskopu bilinən yaradılışın ilk dönəmlərinə dair görüntülərdə qalaktikaların indiki inkişaf səviyyəsinə aid olan görüntülərini aşkarlamışdır. Yaradılış Astrobios nəzəriyyəsinə əsasən neytrallıq dağılımı və sahələrin qarşılıqlı təsiri nəticəsində var olmuşdur. (Kainatın ümumi yaşını hesablamaq yöntəmi növbəti məqalədə qeyd olunacaqdır). Qeyd edilməli əsas məqam var ki, yaradılış partlayış ilə deyil, dağılım ilə olmuşdur. Neytrallıq dağılımı ilə yaranmışdır.


Məqalə müəllifi: Məhəmməd Kərimov.


Son Xəbərlər