Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Cavidan Novruz atasının xərçəngə düçar olma səbəbini danışıb -"Oğlumu maşınla vurdu"


  • 0
Cavidan Novruz atasının xərçəngə düçar olma səbəbini danışıb -"Oğlumu maşınla vurdu"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Cavidan Novruz atasının xərçəngə düçar olma səbəbini danışıb -"Oğlumu maşınla vurdu"

Mərhum Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz açıqlaması ilə diqqət çəkib.  

Xəbəroxu.Az xəbər verir ki, o, “Səhər Mərkəzi” proqramında qonaq olarkən atasının xərçəngə düçar olma səbəbini deyib:

“Bizim genetikamızda xərçəng xəstəliyi heç olmayıb, ilk dəfə peyda oldu. Bunu bir şeylə əlaqələndirirəm. Həkim demişdi ki, bu proses 2019-dan başlayıb. Düşünürəm ki, özünə baxmaqla əlaqəli deyildi. Həmin il bir hadisə olmuşdu. Mərdəkanda bağ evimizdə baş vermişdi. Biz yasda idik, oğlum marketə getmək üçün icazə aldı, getdi. O da sevincək qaça-qaça çıxanda maşın vurdu.

Hamımız hay-həşirlə çölə çıxdıq. Gördük ki, maşının sürücüsü atamdır. Bu da təsadüf idi, yasa gələndə oğlumu maşınla vurdu. Uşaq yerə yıxıldı, onu qucağıma götürüb evdəkilərə verdim. Gördüm ki, atam iki əlini başına qoyub, dizi də yerdə idi. Onu ayağa qaldırıb sakitləşdirməyə çalışdım. Mənə inanın ki, ondan sonra oldu”.

Son Xəbərlər