Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ərdoğan Sudanın Suverenlik Şurasının sədri ilə telefon danışığı aparıb


  • 0
Ərdoğan Sudanın Suverenlik Şurasının sədri ilə telefon danışığı aparıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ərdoğan Sudanın Suverenlik Şurasının sədri ilə telefon danışığı aparıb

AKP-dən olan prezident Ərdoğan, Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhan ilə telefon danışığı zamanı hərtərəfli danışıqlara başlamaq qərarı alınarsa, danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını bildirib.

Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhan ilə telefon danışığı aparıb.

Görüşdə Sudandakı hadisələr müzakirə edilib. Prezident Ərdoğan görüş zamanı Sudandakı qarşıdurmalarda ölən və yaralananların artması ilə bağlı narahatlığını ifadə edib.

Hərtərəfli danışıqlara başlamaq qərarı alınarsa, danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını qeyd edən Ərdoğan, Sudan xalqının təcili humanitar ehtiyaclarının qarşılanması üçün Birləşmiş Millətlər Təşkilatı ilə təmasda səylərini davam etdirəcəklərini ifadə etdi.

Son Xəbərlər