Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ermənistan Xarici İşlər Nazirliyinin ABŞ-da Azərbaycanla apardığı danışıqlarla bağlı bəyanatı


  • 0
Ermənistan Xarici İşlər Nazirliyinin ABŞ-da Azərbaycanla apardığı danışıqlarla bağlı bəyanatı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ermənistan Xarici İşlər Nazirliyinin ABŞ-da Azərbaycanla apardığı danışıqlarla bağlı bəyanatı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 1-dən 4-dək Arlinqtonda (Virciniya, ABŞ) danışıqlar aparıblar.

Xəbəroxu.Az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatından daxil olan məlumata görə, nazirlər Corc Şultz adına Milli Xarici İşlər Təlim Mərkəzində qonaq olublar. Nazirlər Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər mövcud vəziyyətlə bağlı fikirlərini təqdim edib, münasibətlərin tənzimlənməsinin aktual məsələlərinə dair mövqelərini bildiriblər. Nazirlər və onların nümayəndə heyətləri qeyd ediblər ki, “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında” İkitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə olunsa da, bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalır.

Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Amerika tərəfinə minnətdarlıqlarını bildiriblər.

Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Son Xəbərlər