Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Hatayda gül satanın təsirli sözləri - FOTO


  • 0
Hatayda gül satanın təsirli sözləri - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Hatayda gül satanın təsirli sözləri - FOTO

Hatayda çalışan gülçülər zəlzələ qurbanlarının yaxınlarının məzarına əkmək üçün gül aldığını bildiriblər. 
20 ildir Antakyada çiçəkçiliklə məşğul olan Kadir Çaçan “Sevgililər günündə, ad günlərində və ya xoşbəxt anlarda gül satardıq. Zəlzələdən sonra təəssüf ki, biz ancaq qəbiristanlıqlara gedənlərə gül satırıq”.

Xəbəroxu.Az xəbər verir ki, Hatayda biznesmen iş yerləri açılmağa başladı. Rayondakı gülçülər də öz işlərinə qayıdıblar. Fəlakətdə minlərlə yaxınını itirən Hataylılar məzarlarına əkmək üçün gül almağa gəlirlər.

Antakyanın Serinyol rayonunda 20 ildir gül dükanı işlədən 42 yaşlı Kadir Çaçan həyata qayıtmaq üçün işini açdığını, gün ərzində çox sayda insanın gül almağa gəldiyini deyib. Hataylılar olaraq yaralarını sarmağa çalışdıqlarını bildirən Çaçan zəlzələdən əvvəl xoşbəxtliyi paylaşdığı iş yerində indi ancaq ağrının şahidi olduğunu söylədi.

Ölən yaxınlarının məzarına gül əkmək üçün gələn 63 yaşlı Erol Saraçoğlu “Acı və kədərli hiss edirik. Bunu ancaq yaşayanlar bilir. İndi sözün bitdiyi yerdir” dedi.
hatayli-cicekciler-4-min.jpg 69.13 KB

Son Xəbərlər