Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Kreml Türkiyədəki seçkilərlə bağlı açıqlama verib


  • 0
Kreml Türkiyədəki seçkilərlə bağlı açıqlama verib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Kreml Türkiyədəki seçkilərlə bağlı açıqlama verib

Peskov Türkiyədə keçirilən Prezident və 28-ci Dövr parlament seçkiləri ilə bağlı paytaxt Moskvada jurnalistlərə qiymətlər verib.

Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə ilə Rusiyanın bir çox sahədə, xüsusilə də iqtisadiyyatda geniş əməkdaşlıq həyata keçirdiyinə diqqət çəkən Peskov, “Biz Türkiyə ilə enerji, turizm, ticarət, kənd təsərrüfatı, yol kimi müxtəlif sahələrdə geniş miqyasda qarşılıqlı faydalı əməkdaşlıqda həmrəyik."

Sözügedən əməkdaşlığın türk və rus xalqlarının maraqları istiqamətində inkişaf etdiyini vurğulayan Peskov: "Bu səbəbdən seçkilərlə bağlı Türkiyədən gələn xəbərləri böyük maraqla izləyirik. Türk xalqının seçiminə hörmətlə yanaşırıq və hörmət edəcəyik. Bununla belə, hər halda əməkdaşlığımızın davam etməsini, dərinləşməsini və genişlənməsini gözləyirik. Türkiyə güclü, suveren bir ölkədir və təbii ki, şəffaf və demokratik seçkiləri təmin edən, hər cür qanunsuz hərəkətlərin qarşısını ala bilən bir ölkədir”- deye bildirib. 

Son Xəbərlər