Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Meşə yanğınlarının Sverdlovsk və Tümen vilayətlərində təhlükəsi aradan qaldırılıb


  • 0
Meşə yanğınlarının Sverdlovsk və Tümen vilayətlərində təhlükəsi aradan qaldırılıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Meşə yanğınlarının Sverdlovsk və Tümen vilayətlərində təhlükəsi aradan qaldırılıb

Meşə yanğınları artıq Sverdlovsk və Tümen vilayətlərinin yaşayış məntəqələrinə təhlükə yaratmır. Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Tümen və Sverdlovsk vilayətlərində meşə yanğınları nəticəsində yaşayış məntəqələri üçün təhlükə aradan qaldırılıb", - nazirlikdən bildiriblər.

Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Tümen vilayətində vəziyyətin mürəkkəbləşməsi halında 1,5 min nəfərlik 11 müvəqqəti yerləşdirmə mərkəzi hazırlanıb. Yanğınla mübarizədə 1,2 min nəfər və 214 texnika, o cümlədən Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi və 4 helikopter iştirak edir. Pilotlar gündə ümumi çəkisi 2,5 min tondan çox olan 360 su atışı həyata keçiriblər. Bölgədə Tatarıstan, Orenburq və Samara vilayətlərindən olan qrup da fəaliyyət göstərir.

Sverdlovsk vilayətində isə söndürməyə Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri, Be-200ÇS və İl-76 təyyarəsi cəlb olunub. Digər idarələrdən isə daha dörd Mi-8 helikopterinin istifadəsi planlaşdırılır.

Son Xəbərlər