Gündəlik məzənnə

19 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Orxanın konsertinin tarixi dəyişdi


  • 0
Orxanın konsertinin tarixi dəyişdi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Orxanın konsertinin tarixi dəyişdi

Reper Orxan Zeynallının 14 maya planlaşdırılan konsertinin bütün biletləri tükənib.

Xəbəroxu.Az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb. O, çoxsaylı istəkləri nəzərə alaraq konsertinə ikinci gün də əlavə edib.

“Karyeramın heç bir dönəmində böyük vədlər verməmişəm. İstər 200 nəfərlik, istərsə də, 6000-lik konsertlərimdən öncə sakitcə işimizə köklənib hazırlaşmışıq. Zənnimcə, sənətdə 2 fərqli tip olur: danışan və iş görən. Çox nadir hallarda bu iki cəhət eyni adamda ras gəlinir. 6 ay sonra yenidən konsert etməkdə bir neçə məqsəd var idi ki, vaxtı çatanda hər kəsə məlum olacaq. 14 may biletləri 5 günə bitdiyi üçün 15 may da konsert etmək qərarına gəldik. Bu tarixlər üçün nə hazırladığımızı özümüz yaxşı bilirik və əminik ki, ora ayaq basan hər kəs ilk saniyədən bizlə eyni dalğada olacaq. Var olun!”.

Qeyd edək ki, konsert Elektra Events Hallda keçiriləcək.

Son Xəbərlər