Gündəlik məzənnə

23 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Polşa Rusiya səfirliyinin məktəb işçilərindən binanı tərk etməyi tələb edib


  • 0
Polşa Rusiya səfirliyinin məktəb işçilərindən binanı tərk etməyi tələb edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Polşa Rusiya səfirliyinin məktəb işçilərindən binanı tərk etməyi tələb edib

Rusiyanın Polşadakı səfirliyinin nazir müşaviri Andrey Ordaş baş verənləri hüquqi özbaşınalıq və Vyana Konvensiyasının misli görünməmiş kobud şəkildə pozulması adlandırıb.

Xəbəroxu.Az xəbər verir ki, Rusiyanın Polşadakı səfirliyinin müşaviri-elçisi Andrey Ordaş TASS-a bildirib ki, Polşa hakimiyyəti  Moskva vaxtı ilə saat 19:00-a qədər Rusiyanın Varşavadakı səfirliyinin nəzdindəki məktəbin işçilərinə binanı tərk etməyə vaxt verib.

Bu, hüquqi özbaşınalıqdır, Vyana Konvensiyasının misli görünməmiş kobud şəkildə pozulmasıdır. 

Saat 9-dan sonra giriş qapısını sındırmağa başladılar və binaya girdilər, indi bütün binalara baxış keçirirlər. Uşaqlar da daxil olmaqla ümumilikdə 29 nəfər var. Hər kəsə  axşam saat 18:00-a qədər şəxsi əşyaları ilə məktəb binasını tərk etmək əmri verilir”, - deyə o bildirib.

Ordaş onu da əlavə edib ki, “bir həftə ərzində məktəb avadanlıqlarının çıxarılmasına icazə verilib”. "Əlbəttə, reaksiya olacaq. Biz polyakların belə hərəkətlərini reaksiyasız qoymayacağıq", - diplomat bildirib.

Son Xəbərlər