Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Türk Hava Yollarına məxsus təyyarə təcili eniş etdi - SƏBƏB


  • 0
Türk Hava Yollarına məxsus təyyarə təcili eniş etdi - SƏBƏB
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Türk Hava Yollarına məxsus təyyarə təcili eniş etdi - SƏBƏB

Türk Hava Yollarına (THY) məxsus İstanbul-Moqadişu reysi ilə uçan təyyarədə sərxoş olduğu iddia edilən Somali əsilli sərnişin kabinə işçisinə hücum edib. Hücum edən sərnişinə plastik qandal bağlanarkən, THY-nin təyyarəsi hadisə ilə əlaqədar Antalya hava limanına məcburi eniş edib.

Xəbəroxu.Az xəbər verir ki, İstanbulda əldə edilən məlumata görə, təyyarə Somali Moqadişu reysini yerinə yetirmək üçün saat 02:00-da İstanbul Hava Limanından havaya qalxıb.

Kabin heyəti sərxoş olduğu iddia edilən sərnişinə xəbərdarlıq edib. Somali vətəndaşı olan sərnişin daha sonra kabin heyətinə hücum edib.

Hadisə ilə bağlı sərnişinə plastik qandal taxılıb. THY təyyarəsinin pilotu daha sonra Antalya hava limanına təcili eniş etmək qərarına gəlib.

. Somali əsilli sərnişinin İstanbula göndərildikdən sonra deportasiya ediləcəyi öyrənilib.

Son Xəbərlər