Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Türkiyə Ermənistandan uçuşlar üçün hava məkanını niyə bağladığını açıqlayıb


  • 0
Türkiyə Ermənistandan uçuşlar üçün hava məkanını niyə bağladığını açıqlayıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Türkiyə Ermənistandan uçuşlar üçün hava məkanını niyə bağladığını açıqlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Ermənistandan uçuşlar üçün hava məkanını niyə bağladığını açıqlayıb.

“Xəbəroxu.Az erməni mediasına istinadən xəbər verir ki, Çavuşoğlu Türkiyənin bu addımını Yerevanda “Nemesis” abidəsinin açılışı ilə əlaqələndirib. Türkiyənin xarici işlər naziri qeyd edib ki, bu addıma cavab olaraq onun hava məkanını Ermənistandan uçuşlar üçün bağlayıblar.

Ermənistanla Türkiyə arasında birbaşa uçuşlar olduğunu vurğulayan Çavuşoğlu, VİP uçuşlar da daxil olmaqla, digər uçuşlara icazə verməyəcəklərini açıqlayıb. Çavuşoğlu əlavə edib ki, QDİƏT-in iclasında iştirak etmək üçün Türkiyəyə səfər edən Ermənistan parlamentinin sədri Alen Simonyanla bağlı istisna ediblər. 

Türkiyənin xarici işlər naziri: "Bunu davam etdirsələr, başqa tədbirlər görəcəyik"

Son Xəbərlər