Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Türkiyədə seçkilər Çin və Yaponiyada əks-səda verib


  • 0
Türkiyədə seçkilər Çin və Yaponiyada əks-səda verib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Türkiyədə seçkilər Çin və Yaponiyada əks-səda verib

Mayın 14-də Türkiyədə keçirilən seçkilər Çin və Yaponiyada geniş əks-səda doğurub.

Xəbəroxu.Az xəbər verir ki, Çinin Sinxua xəbər agentliyi seçkilərlə bağlı xəbərində "Türkiyədə səslərin 93 faizinin hesablandığı prezident seçkilərinin ikinci tura çıxma ehtimalı var" başlığını işlədib.

Xəbərdə səslərin hesablanmasının davam etdiyi və namizədlərdən heç birinin seçilmək üçün tələb olunan 50 faiz səs çoxluğunu hələ əldə etmədiyi bildirilib.

Seçkilər Yaponiya mətbuatında da geniş işıqlandırılıb. “Həm hazırki prezident, həm də müxalifət namizədi səs çoxluğu əldə edə bilmədi, onlar ikinci tura qaldılar”, – dövlət televiziyasının və ictimai yayımçı NHK-nın saytında yer alan xəbərdə deyilir.

Son Xəbərlər