Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Türkiyənin danışdığı Yusuf anasına qovuşdu


  • 0
Türkiyənin danışdığı Yusuf anasına qovuşdu
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Türkiyənin danışdığı Yusuf anasına qovuşdu

Son dövrlər Türkiyə gündəmini zəbt edən 6 yaşlı xərçəng xəstəsi Yusuf Kerim aylar sonra anasına qovuşub.

Xəbəroxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Yusufun anası “FETÖ-yə üzv olmaq” ittihamı ilə 6 il 3 ay həbs cəzası alıb.

Xərçəng xəstəliyinin 4-cü stadiyasında olan və həkimlərin 20 faiz yaşama şansı olduğunu dediyi azyaşlının ağlayaraq anasını görmək istədiyi ilə bağlı yalvarışlarını əks etdirən görüntülərdən sonra məsələ geniş şəkildə müzakirələrə səbəb olub. Nəticədə sənət adamları və siyasətçilər ədliyyə naziri Bekir Bozdağa müraciət edərək Yusufun anası Gülten Sayın ilə görüşdürülməsini xahiş ediblər. Eyni zamanda HDP-nin millət vəkili Ömer Faruk Gergerlioğlu tez-tez mövzunu ictimailəşdirib.

Bundan sonra ictimai rəyin təsiri ilə övladları xəstə olan anaların cəzasının təxirə salınması da daxil olmaqla, yeni məhkəmə reqlamenti qəbul edilib. Dünən gecə isə Yusufun anası müvəqqəti azadlığa buraxılıb. O, xəstəxanaya gələrək oğlu ilə görüşüb. Anasını görən Yusuf sevincindən ağlayıb.

Son Xəbərlər