Gündəlik məzənnə

27 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Üzeyir efirə çıxmamasının səbəbinı açıqladı


  • 0
Üzeyir efirə çıxmamasının səbəbinı açıqladı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Üzeyir efirə çıxmamasının səbəbinı açıqladı

Müğənni Üzeyir Mehdizadə efirlərdən uzaq qalma səbəbini açıqlayıb.

Xəbəroxu.Az xəbər verir ki, “Xəzər axşamı” verilişinə qonaq olan müğənni yaşadığı sıxıntılara görə bir müddət proqramlara çıxmadığını bildirib:

“Bir balaca özümü kənar hiss edirdim, yenidən uyğunlaşmaq lazım idi. Biz çox həssas oluruq (sənət adamlarını nəzərdə tutur – red.) və bəlkə də hər şeyin həddindən artıq dərinliyinə gedib, düşünürük. Çox düşüncə də adamı təkliyə sürükləyir. Nəinki efirlərə, elə vaxt olurdu ki, heç dostlarımla belə görüşmürdüm. Telefonlara gec cavab verirəm. İki telefonum var birində nömrə yoxdur, birində isə var, amma bir tərəflidir: ancaq zəng etmək üçün. Hələ mən özümü tam hazır hiss etmirəm, bir-iki şey var ki, tam düzəlməyib. Bunlar ciddi məsələlərdir. Efirlərə ona görə, ara-sıra çıxırdım ki, tamaşaçılara neqativ enerji ötürməyim. Yenə deyirəm, bu, mənim yorğunluğumla əlaqəli deyil, psixoloji gərginliklərim var idi. Özüm kənara çəkilmişdim ki, hətta mahnılarıma belə yansıtmayım”.

Son Xəbərlər