Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ukrayna NATO Kiber Mərkəzinə qoşuldu


  • 0
Ukrayna NATO Kiber Mərkəzinə qoşuldu
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ukrayna NATO Kiber Mərkəzinə qoşuldu

Ukrayna rəsmi olaraq Estoniyada yerləşən NATO Kiber Mərkəzinin işinə qoşulub. 

Xəbəroxu.Az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu gün NATO-nun Tallinndəki Kiber Mərkəzinin qərargahında Ukraynanın rəsmi olaraq Kiber Mərkəzə daxil olması əlaməti olaraq Ukraynanın dövlət bayrağı qaldırılıb", - nazirlik Twitter-də bildirib.

Martın 17-də Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipaev  TASS agentliyinə müsahibəsində bildirib ki, Ukraynanın NATO-nun kibertəhlükəsizlik sahəsində əməkdaşlıq mərkəzinin işinə cəlb edilməsi Rusiyanı şantaj etmək cəhdidir. Diplomat qeyd edib ki, belə bir qərarın simvolik mənası var, çünki o, "Qərbin Ukraynanı tədricən anti-Rusiya hərbi planlaşdırma sisteminə və onun NATO infrastrukturuna inteqrasiyasına cəlb etmək planlarını nümayiş etdirir". Bununla belə, o bəyan edib ki, Kiyevin bu strukturun işində iştirakı Rusiya Federasiyasının təhlükəsizliyinə ciddi təhlükə törətmir.

NATO Kiber Mərkəzi qərargahı Tallinndə (Estoniya) yerləşən və alyans ölkələrinin kibertəhlükəsizliyi problemləri ilə məşğul olan bölmədir. 2008-ci ildə yaradılmışdır. Onun himayəsi altında hər il beynəlxalq təlimlər keçirilir, bu təlimlərdə hərbi və mülki ekspertlər xarici dövlətlərin kritik infrastrukturuna kibernetik təsirin yollarını öyrənirlər. 

Son Xəbərlər