Xoşqədəmin Rövşanə və İlkin arasındakı gərginliyə münasibəti - “Sən fikir vermə"
Aparıcı Xoşqədəm Hidayətqızı Əməkdar artist İlkin Əhmədov və aparıcı Rövşanə Ağasəfqızı arasındakı qalmaqala münasibət bildirib.
Xəbəroxu.Az xəbər verir ki, o, bu barədə aparıcısı olduğu “Günaydın Azərbaycan” verilişində danışıb.
Xanəndəni proqrama qonaq dəvət edən Hidayətqızı onun ünvanına təriflər yağdırıb:
“Sən fikir vermə. İlkin o qədər dəqiq biridir ki… Yadımdadır, İlkini şənbə günü efirə çağırmışdıq. Təsəvvür edin, ikinci günü zəng vurub söylədi ki, ola bilər şənbə günü verilişinizə gecikim, həmin gün dərsim var, efirdə problem yaranmasın. Dedi ki, mənə görə isə istəmirəm problem yaşayasınız. Bax, bu dərəcədə İlkin dəqiq və məsuliyyətlidir. Hər zaman deyirəm ki, belə bir insanlara hörmət etmək lazımdır. Bura televiziyadır və bu cür məsələlərə diqqətlə yanaşmaq özü böyük işdir”.