Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Zelenskinin həyat yoldaşı Cənubi Koreyadan yardım istəyib


  • 0
Zelenskinin həyat yoldaşı Cənubi Koreyadan yardım istəyib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Zelenskinin həyat yoldaşı Cənubi Koreyadan yardım istəyib

Ukraynanın birinci xanımı Yelena Zelenska Seulda keçirdiyi görüş zamanı Koreya Respublikasının prezidenti Yoon Sok-yeol-u Kiyevə hərbi qeyri-öldürücü texnikanın tədarükü ilə bağlı yardım göstərməyə çağırıb. 

Xəbəroxu.Az xəbər verir ki, bu barədə Cənubi Koreya liderinin administrasiyasının rəsmi nümayəndəsi Li Do Un məlumat verib.

"Yelena Zelenskaya deyib ki, o, qeyri-öldürücü hərbi texnika, məsələn, minaların aşkarlanması və təmizlənməsi üçün, təcili yardım maşınları tədarük etməyə ümid edir", - Yonhap agentliyi  Li Do Undan sitat gətirir. Ukrayna prezidentinin xanımı həmçinin Cənubi Koreya bizneslərini münaqişə bitdikdən sonra ölkənin yenidən qurulmasında iştirak etməyə çağırıb.

Koreya Respublikasının prezidenti öz növbəsində bildirib ki, Seul “NATO ölkələri və beynəlxalq ictimaiyyətlə sıx koordinasiyada” Kiyevə kömək edəcək. Zelenskaya Cənubi Koreya liderinin həyat yoldaşı Kim Gong Hee ilə də ayrıca danışıb.

Cənubi Koreya prezident administrasiyasının digər əməkdaşı qeyd edib ki, Ukrayna tərəfdən öldürücü silahların tədarükü ilə bağlı heç bir müraciət olmayıb. Onun sözlərinə görə, Zelenskaya Seulun silah çatdırılmasını çətin hesab etdiyini “anlaşdığını nümayiş etdirib”.




Son Xəbərlər