Gündəlik məzənnə

21 İyun 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Zurabişvili ruslar üçün məhdudiyyətlər tətbiq etməyə çağırıb


  • 0
Zurabişvili ruslar üçün məhdudiyyətlər tətbiq etməyə çağırıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Zurabişvili ruslar üçün məhdudiyyətlər tətbiq etməyə çağırıb

Gürcüstan prezidenti Salome Zurabişvili respublika hökumətinin niyə respublikada yaşayan ruslara məhdudiyyətlər qoymamasını, həmçinin onların fəaliyyətini məhdudlaşdırmamasını anlaşılmaz hesab edir.

“Rusiyadan kütləvi şəkildə gələnlərə, xüsusən səhiyyə, təhsil kimi sahələrdə fəaliyyətlərinə, yaxud daşınmaz əmlak əldə edərək müəyyən olunmuş vergiləri ödəməyənlərə qarşı niyə heç bir tədbirin və hüquqi tənzimləmənin aparılmadığı aydın deyil”. O, cümə günü Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş şənliklərdə çıxış edərkən deyib.

Bundan əvvəl respublika hökumətini Rusiyaya birbaşa uçuşları bərpa etdiyinə görə dəfələrlə tənqid edən Zurabişvili ölkəyə səfər etmək istəyən rusiyalılar üçün üç aylıq vizaların tətbiqi məsələsini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının çağırılmasını istəyib.

Mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Digər fərmanla o, 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib. Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi mayın 19-da Tbilisi beynəlxalq hava limanına eniş edib, bu, son dörd ildə Moskvadan ilk uçuş olub. Mayın 20-dən Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” birbaşa uçuşlar həyata keçirməyə başlayıb. İyun ayından Rusiyanın “Red Wings” aviaşirkəti Gürcüstana uçuşlara başlayacaq.

Son Xəbərlər