Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Agentlik nəzarət tədbirləri keçirib- Suraxanıda qanunsuz istifadə aşkar olunub


Agentlik nəzarət tədbirləri keçirib- Suraxanıda qanunsuz istifadə aşkar olunub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Agentlik nəzarət tədbirləri keçirib- Suraxanıda qanunsuz istifadə aşkar olunub

Dövlət Su Ehtiyatları Agentliyinin Suraxanı rayonunda keçirdiyi nəzarət tədbirləri nəticəsində bir sıra obyektlərdə sudan qanunsuz istifadə halları aşkarlanıb.

Xeberoxu.Az
xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Payaxtın Suraxnı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində fəaliyyət göstərən “Ömür” marketdə sudan qanunsuz istifadə faktı müəyyən olunub. Obyektin içməli su təchizatı sisteminə baxış keçirilərkən uçotdan yayınma halı aşkarlanıb.

Vurğulanıb ki, sahibkar texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən istifadə edib. Sudan qanunsuz istifadə ilə bağlı oxşar vəziyyətə həmin küçədə yerləşən bir neçə obyektdə - “Oba” market və ərzaq məhsullarının satışı ilə məşğul olan digər obyektdə də rast gəlinib.

Həyata keçirilən nəzarət tədbirləri zamanı Zığ şosesində “Qum bazarı” kimi fəaliyyət göstərən obyektin də sudan qanunsuz istifadə etdiyi müəyyən olunub. Aşkarlanmış qeyri-qanuni birləşmələr qəza briqadası tərəfindən kəsilərək ləğv edilib.

Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Son Xəbərlər