Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Dövlət Su Ehtiyatları Agentliyi abonentlərə müraciət edib


Dövlət Su Ehtiyatları Agentliyi abonentlərə müraciət edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Dövlət Su Ehtiyatları Agentliyi abonentlərə müraciət edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış debitor borcların ödənilməsi məqsədilə nəzarət tədbirlərini gücləndirib. Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan İstifadə Qaydaları”na əsasən, abonentlərə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsait barədə bildiriş təqdim edilir. Bildirişlərdə borcun 1 ay müddətində tam ödənilməli olması barədə xəbərdarlıq edilir, eyni zamanda, onların diqqətinə çatdırılır ki, içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri vaxtında və tam ödənilmədikdə su təchizatı müəssisəsi tərəfindən suyun verilməsi dayandırılır.

Dövlət Su Ehtiyatları Agentliyindən Xeberoxu.Az-a bildirilib ki, borcu olan abonentlərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işlərinin aparılmasına, inzibati tədbirlərin görülməsinə baxmayaraq, bəzi abonentlər xidmət haqlarını vaxtında və tam ödəmir. Abonent ödənişi gecikdirdikdə və ya ümumiyyətlə ödəmədən imtina etdikdə qanunvericiliyin tələblərinə əsasən istehlakçının su təchizatı dayandırılır. Su təchizatının dayandırılması qəza briqadaları tərəfindən həyata keçirilir ki, bu da əlavə xərclərə və vaxt itkisinə səbəb olur. Eyni zamanda, qəza briqadalarının bu işə cəlb edilməsi magistral və şəbəkə xətlərində baş verən qəzaların aradan qaldırılması müddətini uzatmış olur. Nəticədə digər ərazilərdə yaşayan sakinlər müəyyən müddət su almaqdan məhrum olurlar.

Bütün bunları nəzərə alaraq abonentlərin diqqətinə bir daha çatdırırıq ki, xidmət haqlarını vaxtında ödəsinlər. Borcların birdəfəlik ödənilməsi abonentin maddi imkanı xaricindədirsə, o zaman borcların hissəli ödənişinə də şərait yaradılır.

Bunun üçün abonentlər “Azərsu” ASC-nin yerli sukanal idarələrinə yaxınlaşıb şəxsiyyət vəsiqəsi və abonent kodunu təqdim edib borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalayır. Protokol imzaladıqdan sonra borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu zaman abonentin su təchizatı dayandırılmır.

Yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər.

Son Xəbərlər