Gündəlik məzənnə

30 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"“Human Rights Watch” təşkilatından azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son qoymağı tələb edirik": QAİ


"“Human Rights Watch” təşkilatından azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son qoymağı tələb edirik": QAİ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"“Human Rights Watch” təşkilatından azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son qoymağı tələb edirik": QAİ

Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Human Rights Watch” təşkilatı “Azərbaycan: Dağlıq Qarabağda mülkilərin hüquqlarını təmin et” adlı hesabat yaymışdır. İnsan hüquqları ilə məşğul olduğu söylənən təşkilatların bu mövzuda hesabat yayması ilk baxışdan normal görünə bilər.

Qərbi Azərbaycan İcmasından Xeberoxu.Az-a bildirilib ki, sözügedən hesabatda olan kobud səhvləri və şişirtmələri bu qəbildən olan təşkilatların insan hüquqlarına həssaslığı ilə izah etmək olardı. Lakin, “Human Rights Watch”-un açıq-aşkar qərəzli və ayrı-seçkili yanaşması onun bütün bu fəaliyyətini tamamilə sual altına alır.

Belə ki, “Human Rights Watch” bir dəfə də olsun Ermənistandan azərbaycanlıların zorla qovulmasına münasibət bildirməyib. Hüquqlarımızın Ermənistan tərəfindən pozulmasına münasibət bildirməsi və qayıdış hüququmuza dəstək verməsi xahişi ilə təşkilata bir neçə dəfə, sonuncu dəfə 12 avqust 2023-cü il tarixində göndərdiyimiz müraciət cavabsız qalıb.

“Human Rights Watch” sözügedən hesabatında bir tərəfdən Azərbaycan Respublikasından Qarabağı tərk etmək istəyən ermənilərə ölkədən çıxmaq üçün şərait yaratmağa tələb edir və digər tərəfdən dərhal onların qayıdış hüquqlarını xatırladır. Belə olan təqdirdə, “Human Rights Watch”-dan soruşmaq istərdik ki, niyə 30 ildə bir dəfə də olsun Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını yada salmayıb?
Bu bariz qərəz və ayrı-seçkilik onu sübut edir ki, “HumanRights Watch”-ın insan hüquqları ilə əlaqəsi yoxdur və bu təşkilat sadəcə müəyyən dairələrin əlində ucuz siyasi vasitədir.

Biz “Human Rights Watch” təşkilatından azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son qoymağı, Azərbaycanın Qarabağ bölgəsində aparılan re-inteqrasiyaya mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz yurd-yuvalarına geri qayıtmasına dəstək verməyi tələb edirik.

Son Xəbərlər