Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir": Baş prokurorun müavini


"Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir": Baş prokurorun müavini
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir": Baş prokurorun müavini

"Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib".

Xeberoxu.Az
-ın məlumatına görə, bu barədə Azərbaycan Baş prokurorun müavini Elmar Camalov Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işin böyüklüyü nəzərə alınmaqla 76 rayon prokurorluqlarına ayrı-ayrı istintaq hərəkətlərinin icra edilməsi məqsədilə müvafiq tapşırıqlar göndərilib və hazırda bu tapşırıqları icra edilməkdədir: "Müxtəlif rayonlarda məskunlaşmaqla yaşayan Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. Eyni zamanda, arxiv sənədlərinin aşkar edilərək götürülməsi və digər üsullarla bağlı Türkiyə Respublikasına hüquqi yardım göstərilməsi ilə bağlı müvafiq vəsatət göndərilib. İstintaq zamanı 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib. Zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmışdır. Eyni zamanda 15 nəfər şəxsin isə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən deportasiyaya məruz qalarkən erməniəsilli şəxslər tərəfindən müxtəlif predmetlərlə döyülərək xəsarət almaları müəyyən edilmiş həmin şəxslər və onların qohumları müəyyən edilərək zərərçəkmiş şəxs və ya zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilib".

A.Camalov bildirib ki, bu dövr ərzində Bakı şəhəri və ölkənin digər regionları üzrə deportasiya və soyqırımı qurbanlarından 2500 nəfər müəyyən edilərək dindirilmiş sorğular əsasında əməliyyat qurumlardan daxil olub, arxiv sənədlərinə baxış keçirilərək çap edilməklə cinayət işinə əlavə edilib.

Son Xəbərlər