Gündəlik məzənnə

25 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

“Sosial xidmət haqqında” Qanuna dəyişiklik ediləcək


“Sosial xidmət haqqında” Qanuna dəyişiklik ediləcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

“Sosial xidmət haqqında” Qanuna dəyişiklik ediləcək

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sentyabrın 12-də keçirilən iclasında müzakirəyə "Sosial xidmət haqqında" Qanun çıxarılıb.

Xeberoxu.Az
xəbər verir ki,  “Sosial xidmət haqqında” Qanunun 7.1.9-cu maddəsinə görə valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmaması çətin həyat şəraiti hesab edilir.

Qeyd olunan maddədə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmamasının çətin həyat şəraiti hesab edilməsi nəzərdə tutulmayıb.

Qanuna təklif edilən dəyişikliyin məqsədi yuxarıda qeyd olunan şəxslərin çətin həyat şəraitində hesab edilməsinin əsaslarını və həmin şəxslərə qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə etmələrini təmin etməkdir.

Son Xəbərlər