Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Xankəndidə tibbi müəssisədə ilk əməliyyat icra olunub


Xankəndidə tibbi müəssisədə ilk əməliyyat icra olunub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Xankəndidə tibbi müəssisədə ilk əməliyyat icra olunub

Xankəndidə tibbi müəssisədə ilk əməliyyat həyata keçirilib.

Xeberoxu.Az xəbər verir ki, 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı 18.10.2023-cü il tarixində saat 14:10 radələrində qarın boşluğunda kəskin ağrılar, ürəkbulanma, halsızlıq şikayətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə müraciət edib.

Həkimlər tərəfindən zəruri müayinələr aparılıb, pasiyentə kəskin appendisit diaqnozu qoyulub və əməliyyat olunmasına qərar verilib.

Onun üzərində appendektomiya əməliyyatı uğurla icra olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən polis orqanının əməkdaşı olan Tağızadə Atatürk Səlim oğlu ambulator müalicə üçün artıq evə buraxılıb.

Niyaz Hacıyev 

Son Xəbərlər